?>

10 noyabr bəyanatı Azərbaycanın ərazi bütövlüyünü təmin etdimi?

10 noyabr bəyanatı Azərbaycanın ərazi bütövlüyünü təmin etdimi?

Bu gün Azərbaycan Respublikasının qələbəsi ilə nəticələnən İkinci Qarabağ müharibəsinin başa çataraq atəşkəs haqda üçtərəfli bəyanatın imzalamasından bir il ötür.

ABNA24 Xəbər Verir, ötən il sentyabrın 27-də Azərbaycan Ordusu 30 ilə yaxın müddət ərzində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal altında saxlanılan torpaqların azad olunması uğrunda döyüşlərə başlayıb.

Müharibə dövründə Azərbaycan Ordusu erməni işğalçılarının tapdağı altında olan torpaqları hər gün kəndbəkənd, şəhərbəşəhər azad edib.

44 gün davam edən döyüşlər zamanı 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Belə ki, Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun bir neçə kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə strateji əhəmiyyətli yüksəkliklər azad olunub.

Bu arada Azərbaycan Ordusunun noyabrın 8-də Şuşa şəhərini işğaldan azad etməsi ermənilərin faktiki olaraq məğlubiyyətinə səbəb olub.

Bunun ardınca noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bununla da müharibəyə son qoyulub və bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları sülh yolu ilə Azərbaycana qaytarılıb və Azərbaycan üstünlük qazanıb, lakin hələ də Qarabağın dağlıq ərazilərindən bir hissəsinin nəzarətdən kənarda qaldığına xatir ölkənin ərazi bütövlüyünün tam təmin olunduğunu söyləmək çətindir, çünki həmin ərazilərə nəzarət rusiyalı sülhməramlı qüvvələrin əlinə keçib və qondarma rejim öz həyatını davam etdirərək, Bakıya tabe olmaqdan boyun qaçırır, ATƏT Minsk Qrupunun həmsədrləri isə separatçılara status tələb etməkdən yorulmurlar.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*