?>

“İran maşınlarının Ermənistana keçidinə icazə verilməsin”-TƏHLİL

“İran maşınlarının Ermənistana keçidinə icazə verilməsin”-TƏHLİL

BAXCP sədri, deputat Qüdrət Həsənquliyev İranın Ermənistanla rəsmi ticarətini əngəlləmək üçün hakimiyyətə yol göstərib.

ABNA24 Xəbər Verir, deputat İran İslam Respublikası ilə bağlı qərəzli mövqeyini əsaslandırmaq üçün deyib ki, Azərbaycanın İranla dostluq səylərinə baxmayaraq guya İranın Azərbaycana və azərbaycanlılara münasibəti dəyişmir. İran düşmən elan etdiyi İsrailə öz ərazisindən yük daşınmasına yəqin ki, imkan verməz. Eyni işi Azərbaycan da görməlidir. Ona görə də Qubadlıdan İran maşınlarının Ermənistana keçidinə və yük daşımasına icazə verilməməlidir. Diplomatik kanallarla İranın diqqətinə çatdırılmalıdır ki, onun birbaşa və dolayısı yolla Azərbaycanda etnik seperatizmi dəstəkləməsi 30 milyon Azərbaycanlı türkün və çoxlu digər millətlərin yaşadığı İranın ərazi bütövlüyünə və həmin ölkədə siyasi sabitliyə yaxşı heç nə vəd etmir.

Qeyd edək ki, Azərbaycan Milli Məclisində təmsil olunan bir partiya sədrinin İrana qarşı ittihamları tamamilə əsassızdır, çünki rəsmi Tehran erməni separatizmini heç bir vəchlə dəstəkləmir, əksinə ölkənin aliməqamlı Rəhbəri səviyyəsində qonşu dövlətin ərazi bütövlüyünün bərpasını möhkəm himayə edib və müharibə vaxtı ona siyasi dəstək də daxil hər cür yardım göstəribdir. Bu isə Azərbaycan prezidentində böyük məmnunluq doğurub.

Digər tərəfdən deputatın dolayı yolla İran azərilərini Qarabağ ermənilərinə bənzətməsi və onlarda separatçılıq ruhiyyəsinin olduğunu aşılaması məzhəkədən başqa bir şey deyildir. Qarabağ ermənilərindən fərqli olaraq, İran azərilərində milli vətənpərvərlik əhval-ruhiyyəsi yüksək həddədir və onlar tarix boyu, xüsusilə də İslam İnqilabının qələbəsində və Müqəddəs Müdafiə dönəmində İranın ərazi bütövlüyü və suverenliyi uğrunda misilsiz canfəşanlıq göstərmişlər. Bu səbəbdən deputatın dediklərində heç bir məntiq yoxdur.

Bütün bunları nəzərə alaraq, Azərbaycan hakimiyyətindən iki ölkə münasibətlərini pozmağa çalışan qüvvələrə öz yerlərini göstərməsi təvəqqe edilir.

İran tərəfi hesab edir ki, Azərbaycan dövləti regionda sərbəst ticarətə mane olmamaqla yanaşı, daxildki AXC-Müsavat mənsublarının təxribatlarına imkan verməməlidir. Zira hazırkı ritorika nəzarətdən çıxarsa, regional əməkdaşlığın inkişafı, eyni zamanda Azərbaycanla Ermənistan arasında etimad mühitinin yaranması təhlükə ilə üzləşəcək və nəticə etibarı ilə Cənubi Qafqazda sülh əlçatmaz olacaqdır.

Bu şəraitdə İlham Əliyev hökuməti seçim qarşısında qalır, ya 1990-cı illərin əvvəllərində yenicə müstəqilliyini bərpa etmiş Azərbaycanı fəlakətlə üzləşdirən və aşırı millətçilik şüarları ilə qonşu dövlətləri incik salan AXC-Müsavat cütlüyünün həngaməsinə təslim olmaq, ya da vaxt itirmədən Azərbaycanın milli maraqları naminə doğru və düzgün siyasət əsasında İran İslam Respublikasına qarşı qara-piarın qarşısını almaq və sifarişlə işləyən siyasətçilərin qərəzli hərəkətlərinə, habelə düşmənin dəyirmanına su tökmələrinə mane olmaq, onları cilovlamaq. İkinci yol heç şübhəsiz Azərbaycan üçün çox məqbul olardı.

Əlbəttə ki, İran dövləti Qüdrət və digərlərinin şablon bəyanatlarına məhəl qoymadan Azərbaycan xalqını bundan sonra da müdafiə edəcək, onun qayğısını çəkəcəkdir. Azərbaycan dövləti ilə ən yaxın və strateji əlaqələrin qurulması və işğaldan azad edilmiş ərazilərin bərpasına yardım göstərməsi Tehranın gündəmində olan məsələlərdir.    

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*