?>

“Bitcoin”in dəyəri tarixi maksimumu yeniləyib

“Bitcoin”in dəyəri tarixi maksimumu yeniləyib

“Bitcoin”in qiyməti rekorda imza atıb; Qızılın aylıq qiyməti isə son 4 ilin ən aşağı səviyyəsinə çatıb.

ABNA24 Xəbər Verir, bu həftə aparılan mübadilərdə “Bitcoin”in dəyəri 3 il əvvəl qeydə aldığı rekordu qırıb və üç il əvvəlki 19 min 668 dolları keçərək, 19 min 915 ABŞ dollarına çatıbdır. Mart ayından bəri “Bitcoin”in qiyməti 200 dəfə artıbdır. Sonuncu dəfə onun qiyməti 2017-ci ilin dekabrında 19 mini keçibdir.

Koronavirusun xüsusilə də ABŞ-da yayılması “Bitcoin”in qiymətinin bir müddət 4 min dollardan az olmasına səbəb olmuşdu, Lakin hazırda onun qiyməti davamlı şəkildə artmaqdadır. Dünyada virtual valyutalara tələbatın artması da ““Bitcoin”in qiymətinə təsir edən amillərdəndir.

Digər tərəfdən bunun əksini qızıl yaşayıb və dünya bazarlarında bu həftə qızılın qiyməti azalıb və bazarın koronavirusa qarşı uğurlu vaksinin hazırlanması və daha sürətli iqtisadi bərpa üçün nikbinliyi səbəbindən son dörd ildə ən aşağı aylıq qiyməti təcrübə edib və hər unsiya üçün min 766 dollara çatıbdır.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*