?>

“3+3” platforması artıq fəaliyyət göstərir

“3+3” platforması artıq fəaliyyət göstərir

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko “Sputnik”ə müsahibəsində deyib: “3+3” regional məşvərət platforması Cənubi Qafqaz ölkələri ilə qonşularını bir-birinə yaxınlaşdırmağa yönəlmiş praqmatik, siyasiləşdirilməmiş format kimi yaradılıb və artıq fəaliyyət göstərir.

ABNA24 Xəbər Verir, Andrey Rudenko deyib: “Birgə işimizdə biz ümumi maraq kəsb edən və etimad tədbirlərinin gücləndirilməsi istiqamətində fəaliyyət göstərən məsələlərə: iqtisadi-ticarət, nəqliyyat, mədəni-humanitar əlaqələrin inkişafı, həmçinin ümumi çağırış və təhdidlərlə mübarizə məsələlərinə diqqət yetiririk.”

Dekabrın 10-da Moskvada keçirilən birinci iclasa toxunan nazir müavini deyib: Bu iclas göstərdi ki, iştirakçılar təkcə konstruktiv dialoqun dəstəklənməsində deyil, həm də praktiki əməkdaşlığın qurulmasında maraqlıdırlar.

Andrey Rudenko Gürcüstanın platformanın ilk iclasında iştirak etməməsindən təəssüfləndiyini dilə gətirərək deyib: Bununla belə, bütün iştirakçılar Gürcüstanın platformaya qoşulmasında maraqlı olduqlarını bildiriblər və razılaşıblar ki, bu ölkə üçün “qapı” açıq qalır”.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*