?>
Ümümdünya Əhli Beyt (ə) Assambleyasının Nəşriyyatı

“Əli, Haqqın Göstəricisidir” ünvanlı kitab Suahili dilinə çap olunub

Qeyd olunan dəyərli kitabın müəllifi Şeyx Muhəmməd Gözəl Amudidir.

Kitabda Əmirəl Möminin, həzrət İmam Əlinin (əleyhi səlam) şəxsiyyəti, fəzilətləri, əxlaqı, xilafət və imamət məqamları barəsində geniş söhbət açılıb. Müəllif kitabındakı bütün məsələlərin mənbəsini Şiə və Sünni məzhəbində İmam Əli (əleyhi səlam) barəsində gələn hədis və rəvayətlərə söykəmişdir.

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Ümüdünya Əhli Beyt (ə) Assambleyasının çapxanası tərəfindən “ALI (A.S.) NI KIPMO CHA UKWELI NA HAKI” – “Əli Haqqın Göstəricisidir” adlı kitab Suahili dilində işıq üzü görüb.

Bu dəyərli kitabın müəllifi Şeyx Muhəmməd Gözəl Amudidir. Kitabda Əmirəl Möminin, həzrət İmam Əlinin (əleyhi səlam) şəxsiyyəti, fəzilətləri, əxlaqı, xilafət və imamət məqamları barəsində geniş söhbət açılıb. Müəllif kitabındakı bütün məsələlərin mənbəsini Şiə və Sünni məzhəbində İmam Əli (əleyhi səlam) barəsində gələn hədis və rəvayətlərə söykəmişdir.

Kitabın tərcümə edəni Əbdül Macid Nasir cənabları, kitabı ərəb dilindən علي(ع) ؛ میزان الحق Suahili dilinə tərcümə etmişdir.

Kitabın beynəlxalq standart nömrəsi (İSBN) 6-529937-964-978. Kitab 2020-ci ildə, 792 səhifədə çap olunub.

“Əli Haqqın Göstəricisidir” ünvanlı kitabı habelə Ümümdünya Əhli Beyt (ə) Assambleyasının Mədəniyyət işləri üzrə müavinliyinin tərcümə ofisi tərəfindən yoxlanılaraq Assambleyanın çapxanası tərəfindən çapa verilib.

Şeyx Muhəmməd Gözəl Amudidir 1968-ci ildə Türkiyədə dünyaya göz açmışdır. O, sünni məzhəbinin alimlərindən biri olduğu müddətdə İran İslam İnqilabından ilhamlanaraq Şiə məzhəbi ilə maraqlanmış və hidayət olunaraq “müstəbsirlər”-yəni haqqı sonradan araşdıraraq tapanlar sırasına qovuşmuşdur. Şeyx Muhəmməd Gözəl Amudi həmçinin "الهجرة إلی الثقلین" و "إلی الوحدة والحقیقة"- “Siqleynə doğru hicrət” və “Vəhdət və həqiqətə doğru” kitablarının müəllifidir.

Qeyd edək ki, Ümümdünya Əhli Beyt (ə) Assambleyası və bu Assambleyaya bağlı bütün dünyadakı müəssisələr bu günə kimi 2000 ünvan kitabı dünyanın 60 müxtəlif dilində çap ediblər.

Dünya xalqlarının müxtəlif dillərinə tərcümə olunan kitabların bir qismini əldə etmək üçün “Ümümdünya Əhli Beyt (ə) Assambleyasının Dicital Kitabxanası”-na müraciət etmək üçün buraya tıklaya bilərsiniz.

Xəbərin sonu/ 101

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*