?>

Aşıb-daşan türk-cühüd sevgisi. İşğalçı İsraildən Türkiyəyə daşınan yükün həcmi açıqlanıb

Aşıb-daşan türk-cühüd sevgisi. İşğalçı İsraildən Türkiyəyə daşınan yükün həcmi açıqlanıb

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər İsraildən limanlara 784 min 934 ton yük çatdırıb.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, 2022-ci ilin yanvar-aprel aylarında İsraildən Türk limanlarına 7 milyon 24 min 112 ton yük daşınıb.

Bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən bildirilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər İsraildən limanlara 784 min 934 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər isə 6 milyon 173 min 22 ton yük çatdırıb.

Bu müddət ərzində İsrail bayraqlı gəmilər Türkiyə limanlarına 66 min 156 ton yük çatdırıb. 2022-ci ilin yanvar-aprel aylarında Türkiyə limanlarına İsraildən 951 min 334 ton tranzit yük daşınıb.

Qeyd edək ki, bu ilin may ayında Türkiyə limanları 33 milyon 431 min 149 ton yük qəbul edib. Bu yüklərin 2 milyon 355 min 407 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 31 milyon 75 min 741 tonu isə əcnəbi bayraqlı gəmilərlə qəbul edilib.

May ayında Türkiyə limanlarından 7 milyon 509 min 987 ton tranzit yük aşırılıb.

Bu ilin yanvar-may aylarında Türkiyə limanları 164 milyon 292 min 61 ton yük qəbul edib. Bu yüklərin 11 milyon 414 min 29 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 152 milyon 878 min 32 tonu isə əcnəbi bayraqlı gəmilərlə qəbul edilib.

Yanvar-may ayında Türkiyə limanlarından 35 milyon 282 min 27 ton tranzit yük aşırılıb.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*