?>

Ərdoğan və Zelenski telefonla Mariupol barədə danışıblar

Ərdoğan və Zelenski telefonla Mariupol barədə danışıblar

Türkiyə prezidenti öz ukraynalı həmkarı ilə telefon söhbətində vətəndaşlar və yaralıların Ukraynada mühasirə edilmiş liman şəhərindən çıxarılmaları zərurətinə təkid edib.

ABNA24 Xəbər Verir , Rəcəb Tayyıb Ərdoğan və Vladimir Zelenski bu gün Ukrayna və Mariupol şəhərinin olaylarına nəzər salıblar.

Türkiyə prezidenti bu telefon söhbətində vurğulayıb ki, mülkilər və yaralı şəxslər mühasirədə olan Mariupol şəhərindən təxliyə edilməlidirlər.

Ərdoğanın ofisi bir bəyanatda bu telefon danışığı haqda yazıb ki, Ərdoğan və Zelenski Rusiya ilə Ukrayna arasında gedən döyüşlər və sülh müzakirələri ilə bağlı son meydan hadisələrini nəzərdən keçiriblər.

Bəyanata əsasən, Ərdoğan deyib ki, Türkiyə vasitəçilik də daxil olmaqla Moskva-Kiyev sülh müzakirələri üçün hər cür dəstək addımlarına şərait yaratmağa hazırdır və Mariupolun vəziyyətinin günü-gündən pisləşməsinə görə, mülkilərin boşaldılmalarına zəmanət verilməlidir.

Türkiyə prezidenti həmçinin öz ukraynalı həmkarına deyib ki, onun ölkəsi Ukraynanın təhlükəsizliyinin təminedicilərindən biri olmağa hazırdır.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*