?>

Ərdoğan: "Türkiyə Rusiya ilə Ukrayna arasında vasitəçi ola bilər"

Ərdoğan:

Türkiyə prezidenti cümə günü etdiyi çıxışında Türkiyənin Rusiya ilə Ukrayna arasında yaşanan gərginliyin aradan qaldırılmasında vasitəçi olmağa hazır olduğunu bildirib.

ABNA24 Xəbər Verir, Rəcəb Tayyib Ərdoğan deyib: "Rusiya ilə çox gözəl münasibətlərimiz var. İki ölkənin münasibətləri bütün məsələlərdə inkişaf etməkdədir.Ukrayna ilə də eyni şəkildə münasibətlərimiz çox yaxşıdır".

Ərdoğan bu sözləri İstanbul məscidlərindən birində cümə namazından sonra deyib və əlavə edib: "Türkiyə Rusiya və Ukrayna arasında gərginliyin azaldılması üçün vasitəçilik etməyə hazırdır və Ankara regionda gərginliyin hər hansı bir şəkildə artmasına qarşıdır".

Ərdoğan qeyd edib ki, işğala yönəlmiş hər hansı dəyişiklik və ya müharibə regionun müstəqilliyinin çox ciddi şəkildə pozulmasıdır.

"Rusiya ilə Ukrayna arasında sülhün hakim olması üçün vasitəçi olmağa hazırıq. Biz regionda sülhün hakim olmasını istəyirik. Bunun üçün əlimizdən gələni edəcəyik", - deyə Türkiyə prezidenti bildirib.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*