?>

Ərdoğan Rusiyadan əlavə "S-400" ZRK alacaqlarını açıqladı

Ərdoğan Rusiyadan əlavə

Türkiyə prezidenti gələcəkdə Rusiyadan əlavə “S-400” zenit-raket kompleksləri almaq niyyətində olduqlarını açıqlanıb.

ABNA24 Xəbər Verir, Rəcəb Təyyib Ərdoğan CBS telekanalına müsahibəsində bunu deyib.   Jurnalistin Ankaranın bunu planlaşdırıb-planlaşdırmadığını soruşduqda, Türkiyə lideri belə cavab verib: “Gələcəkdə heç kim hansı müdafiə sistemlərini, hansı ölkədən, hansı səviyyədə əldə etdiyimizə müdaxilə edə bilməyəcək. Buna heç kim müdaxilə edə bilməz”, - deyə o cavab verib .  

Xatırladaq ki, Rusiya və Türkiyə 2017-ci ildə Moskva tərəfindən Ankaraya “S-400” hava hücumundan müdafiə sistemlərinin tədarükü üçün müqavilə imzalayib. Bu sistemləri Rusiyadan alan ilk NATO ölkəsi Türkiyə olub. Ankaranın bu qərarı Vaşinqtonun və bütövlükdə ittifaqın kəskin mənfi reaksiyasına səbəb olub. ABŞ  Türkiyənin Rusiyanın hava hücumundan müdafiə sistemlərindən imtina etməsinə çalışmaqdan əl çəkmir. Türkiyənin təzyiqlərə təslim olmaması və “S-400”-dən imtina etməmə səbəbindən Vaşinqton əvvəllər Ankaranı beşinci nəsil “F-35” qırıcı-bombardmançı təyyarəsinin istehsalı proqramından çıxarıb. Bundan əlavə, Amerika Birləşmiş Ştatları uzun müddətdir Türkiyəni “S-400” alması üçün birtərəfli sanksiyalar tətbiq edəcəyi ilə hədələyirdi, lakin bu addımları atmağa tələsmirdi, çünki münasibətləri daha da pisləşdirməkdən qorxurlar. NATO-nun əsas müttəfiqi olan Ankara bu cür məhdudiyyətlərin tətbiqinin cavabsız qoymayacağını bildirib.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*