?>

Ərdoğan növbədənkənar seçkiləri rədd edib

Ərdoğan növbədənkənar seçkiləri rədd edib

Türkiyə prezidenti dünən axşam bir çıxışda vurğulayıb ki, bu ölkədə növbədənkənar seçkilər keçirilməyəcək.

ABNA24 Xəbər Verir, Rəcəb Tayyıb Ərdoğan qarşıdakı aylarda ölkəsindəki inflyasiyanın azalacağı iddiası ilə deyib ki; biz ölkəyə və xalqa arxadan zərbə vurmağa çalışan kəslərin hiyləgərliklərindən xəbərdarıq.

Türkiyədə müxalif Demokratiya və İnkişaf Partiyasının lideri Əli Babacan şənbə günü hazırkı maliyyə böhranından çıxmaq üçün ölkədə növbədənkənar seçkilərin keçirilməsini istədi, amma bildirdi ki, Ərdoğan bu məsələ ilə razılaşmayacaq, çünki hazırkı şəraitdə o, qalib gəlməyəcək.

Noyabr ayında da Ərdoğan müxalif qrupların növbədənkənar seçkilərin keçirilməsinə dair tələblərinə cavabda demişdi ki, Türkiyədə prezident və parlament seçkiləri proqrama əsasən, 2023-cü ilin iyulunda keçiriləcək.

Məlumatlara əsasən, Türkiyə lirəsinin dollar qarşısında dəyərdən düşməsi davam edir və dünən bir ABŞ dolları 18 Türkiyə lirəsi ilə dəyişdirilib.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*