?>

Ərdoğan altılıq platformasına təkid edib

Ərdoğan altılıq platformasına təkid edib

Türkiyə Prezidenti Cənubi Qafqazda altıtərəfli əməkdaşlıq platformasının yaradılmasının tərəfdarı olduğunu vurğulayıb.

ABNA24 Xəbər Verir,Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Romada G20 Liderlərinin Samitinin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib: “Əgər bütün tərəflər müsbət yanaşma nümayiş etdirərsə, bölgədə belə bir əməkdaşlıq platforması yaradıla bilər.”

Rəcəb Tayyib Ərdoğan deyib:“Cənubi Qafqazda altıtərəfli əməkdaşlıq platformasının yaradılmasının tərəfdarıyıq. Bu ölkələr Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan və Ermənistandır. Altı ölkə ilə birgə bu addımı atmağı və bölgədə sülhü təmin etməyi istəyirik.

Türkiyə prezidenti altıtərəfli əməkdaşlıq platformasının yaradılmasının mümkünlüyü ideyasının Azərbaycan Prezidenti İlham Əliyevə məxsus olduğunu xatırladıb və deyib: “Əgər bütün tərəflər müsbət yanaşma nümayiş etdirərsə, bölgədə belə bir əməkdaşlıq platforması yaradıla bilər. Bu platforma yaradılandan sonra bölgədə tez bir zamanda sülh təmin olunacaq”.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*