?>

"Ərazi bütövlüyünə hörmət İranın prinsiplərindəndir"

İran İslam Respublikası Ordusunun baş komandanı xalqın və sərhəd sakinlərinin təhlükəsilziyinin qorunmasını vurğulayıb.

ABNA24 Xəbər Verir, General-mayor Seyyed Əbdorrəhim Musəvi deyib ki, ərazi bütövlüyünə və rəsmi beynəlxalq sərhədlərə hörmət İranın prinsiplərindəndir.

İran İslam Respublikası Ordusunun baş komandanı və Xatəmulənbiya(s.ə.s.) hava hücumundan müdafiə qərargahının komandanı bu gün hava hücumundan müdafiə qüvvələrinin döyüş hazırlığını yoxlayarkən sonra belə deyib: Ölkənin şimal-qərb bölgəsində hava hücumundan müdafiə bölmələri gücləndirilib və ehtiyac olan halda, yeni qüvvələr də əlavə olunacaqdır. Zira İran xalqının asayişi xüsusi önəmə malikdir.

General Musəvi təkfirçi ünsürlərin iştirakı barədə də belə deyib: Təkfirçi terrorçular, İŞİD və sionistlər bütün dünyada rədd olunmuş ünsürlərdirlər. Onların hər hansı məkanda iştirakı nifrət və əmin-amansızlığın yaranmasına səbəb olur.

İran İslam Respublikası Ordusunun baş komandanı vurğulayıb: İranın silahlı qüvvələri dəfələrlə sübut etdikləri kimi bu ünsürlərin öz sərhədlərinin yaxınlığında iştirakı ilə şiddətlə və heç bir güzəştə getmədən rəftar edəcəklər.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Qarabağ İslam Torpağıdır. Qarabağ Azərbaycanındır.
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!