?>

Ər-Riyada getmə! İranın neft kranlarını aç!

Ər-Riyada getmə! İranın neft kranlarını aç!

"Newsweek" jurnalı Co Baydenə nüvə sazişini canlandırmağı tövsiyə edərək, vurğylayıb: "ABŞ prezidenti Ər-Riyada uçmaq və Bin Salmanı qucaqlamaq əvəzinə, İran neftini dünya bazarlarına qaytarmaq üçün lazım olan hər şeyi etməlidir".

ABNA24 Xəbər Verir , ABŞ prezidenti Co Baydenin iyulun ortalarında Səudiyyə Ərəbistanına səfəri və bu ölkə başçıları ilə görüşü gözlənilir. 

Amerikanın "Newsweek" jurnalı bir hesabatda yazıb: "Baydenin səfərinin gündəmi izdihamlı olsa da, bu səfərin yalnız bir səbəbi var və bu da, amerikalıları acınacaqlı vəziyyətə salan tarixən yüksək benzin qiymətlərini azaltmaq üçün Ər-Riyadı neft hasilatını artırmağa inandırmaq üçün ümidsiz bir qumardır. Bu elə bir haldadır ki, Konqresin aralıq seçkilərinə cəmi bir neçə ay qalır". 

"Newsweek" Baydenin Ərəbistana səfərini "dəhşətli səhv" adlandırıb və əlavə edib: "İranın nüvə sazişinin bərpası ilə daha böyük olmasa da, həmin miqdarda neft tədarükünün klidini açmaq olar. Səudiyyə Ərəbistanı ilə əlaqələri dərinləşdirmək və Amerikanın neftdən asılılığının altında yatan səbəbləri aradan qaldırmaqdan imtina etmək, yalnız daha ağıllı siyasət yürütməyin xərclərini artıracaq".  

Amerikan jurnal səudiyyəlilərlə əlaqələri bərpa etməyin qiymətinin yüksək olacağını vurğulayaraq, xatırladıb: "Səudiyyə Ərəbistanı dünyanın ən amansız avtoritar ölkələrindən biridir və onun ekstremist sələfi ideologiyası regionda və onun hüdudlarından kənarda zorakı radikalizmi təşviq edən ən mühüm amildir".

Newsweek qeyd edir ki, Ərəbistanın vəliəhdi Məhəmməd Bin Salman zorakılıqdan çəkinmədiyini göstərib. O, 2018-ci ildə Türkiyədə "Washington Post" qəzetinin köşə yazarı və Səudiyyə Ərəbistanın tanınmış tənqidçisi Camal Qaşıqçının öldürülməsini əmr edən adamdı. Bin Salman, həmçinin 2015-ci ildən bəri Yəməndə qanlı, mənasız və absurd bir müharibə aparır, bu müharibə onsuz da yoxsul olan ölkəni tamamilə viran qoyub.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*