?>
Əhli Beyt (əleyhimus-səlam) Xəbərləri – Müslim İbn Əqil (ə)

Ərəfə günü şəhadətə yetən İmam Hüseynin ilk sirdaşı Müslim ibn Əqilin şəhadətinin ildönümü \ Küfə – Foto Reportaj

Aşağıda müşahidə edəcəyiniz foto şəkillər həzrət Müslim ibn Əqilin mübarək hərəmində qeydə alınmışdır.

Müslim ibn Əqilin doğum tarixi tam olaraq bilinmir, ancaq şəhid edildikdə o həzrətin yaşının 28 olduğu və hicrətin 60-cı ilində Kufədə reallaşdığı dəqiq bir məlumat olaraq taruxdə qeydə alınıb. Cənab Müslim ibn Əqlin (əleyhimə səlam) atası Əqil bin Əbu Talib (əleyhimə səlam) həzrət İmam Əlinin (əleyhi səlam) qardaşı idi. Əqil bin Əbu Talib nəsil və soy köklərini tanımaq sahəsində mütəxəssis və Ərəb natiqi idi.

Əhli Beyt (əleyhimus-səlam) Xəbər Agentliyi –ABNA-nın verdiyi xəbərə əsasən, Müslüm ibn Əqil (əleyhi səlam) əl Haşimi Əqil bin Əbi Talibin oğlu və Əbu Talibin (əleyhimə səlam) nəvəsidir və Bəni Haşimdən idi. Müslim ibn Əqil ibn Əbu Talib (əleyhimus səlam) əmisi oğlu İmam Hüseynin (əleyhi səlam) Kufəyə getməmişdən əvvəl İmamın nümayəndəsi kimi Kufəyə getmiş və vəzifəsi Kufə əhalisindən beyət almaq, oranın vəziyyətini dəyərləndirmək, kufəlilərin sözlərində ciddi olub olmadıqlarını öyrənib həzrət İmam Hüseynə (əleyhi səlam) məlumat vermək idi.

O, şəhadətindən 27 gün öncə həzrət İmam Hüseynə (əleyhi səlam) kufəlilərin İmam Hüseynin (əleyhi səlam) hakimiyyətini canla başla qəbul etdiklərinə hazır olduqları barədə məlumat göndərmişdi. Lakin məlun Yezid ibni Müaviyyə tərəfindən məlun Ubeydullah ibn Ziyadın Kufə başçısı kimi təyin edilməsindən sonra kufəlilər qorxuya düşərək, və həzrət İmam Hüseynin (əleyhi səlam) silahdaşı cənab Müslim ibn Əqlin (əleyhimə səlam) cərgəsindən ayrılaraq, onu tək qoymuş və ən sonunda  hicrətin 60-cı ilində Ərəfə günü cənab Müslim İbni Əqil (əleyhi səlam) məlun Ubeydullah ibn Ziyadın polis qüvvələri tərəfndən açıq döyüş meydanında hiylə ilə şəhid edilmişdir.

Müslim ibn Əqilin doğum tarixi tam olaraq bilinmir, ancaq şəhid edildikdə o həzrətin yaşının 28 olduğu və hicrətin 60-cı ilində Kufədə reallaşdığı dəqiq bir məlumat olaraq taruxdə qeydə alınıb. Cənab Müslim ibn Əqlin (əleyhimə səlam) atası Əqil bin Əbu Talib (əleyhimə səlam) həzrət İmam Əlinin (əleyhi səlam) qardaşı idi. Əqil bin Əbu Talib nəsil və soy köklərini tanımaq sahəsində mütəxəssis və Ərəb natiqi idi.

Aliyə (səlamullahi əleyha) adlı anası cənab Əqil bin Əbu Talib tərəfindən Şamda satın alınan bir kəniz idi.

Əhli-sünnə alimlərindən İbn Habban belə yazır: "Müslim ibn Əqil ibn Əbu Talib Haşiminin ləqəbi Əbu Davuddur və Əbdülmüttəlibin oğulları arasında Həzrət Peyğəmbərə (s) ən çox bənzəyən adamdır. O, Həzrət Peyğəmbərin (s) səhabələrindən bəzilərini görmüşdür. "

O, həzrətin mübarək türbəsi Kufə Məscidinin yanındadır.

Aşağıda müşahidə edəcəyiniz foto şəkillər həzrət Müslim ibn Əqilin mübarək hərəmində qeydə alınmışdır.

 

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*