Bir araşdırma mərkəzinin araşdırmasının nəticələrinə əsasən, Ərəbistan Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələr arasında vətəndaşların qətlləri ilə bağlı cinayətlər, repressiya və zülm səviyyəsinə görə birinci yerdə gedir.
ABNA24 Xəbər Verir, qeyd olunan mərkəzin bildirdiyinə görə, mərkəzdə aparılan araşdırmalar göstərir ki, səud başçılarının Ərəbistanda siyasi qurumların fəaliyyətlərinin və vətəndaş azadlıqlarının qarşısını almaq üzrə hərəkətləri ali-səud rejiminin regionda böyük bir diktatura kimi məşhur olmasına səbəb olubdur.
Bu araşdırma mərkəzi vurğulayıb ki, Ərəbistan siyasi iştirak göstəricisi, eləcə də siyasi qurumlara malik olmaq cəhətdən Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələr arasında sonuncu yerdə gedir. Əsas qanuna görə yaşayış baxımından da Ərriyad kəskin tərzdə aşağı pillədədir.
Bu araşdırma səud vəliəhdi Muhəmməd bin Salmanın cinayətlərinə və onun tərəfindən, tanınmış səud rəsmiləri və şahzadələrinin həbs olunmasına işarə ilə qeyd edibdir ki, Ərəbistan bin Salmanın dövründə qəddarcasına həbslərin və çox sayda mühakimələrin şahidi olubdur.
Qeyd olunan araşdırmaya əsasən, Ərriyad rejimi Tvitter şirkətindəki muzdurları vasitəsilə də ali-səud xanədanındakı bəzi şəxslərin hesabları və səud rejimini tənqid edənlərin minlərlə hesabını aşkar edərək, hakk edə bilibdir.
Ali-səud rejiminin bu hərəkətləri səbəb olubdur ki, bir çox aktivistlər beynəlxalq məhkəmələrdə Muhəmməd bin Salmana və səud xəfiyyə başçılarına qarşı şikayət etmiş olsunlar.
342/