?>

Ərəb hökmranlarının sionist rejimlə münasibətləri adiləşdirmələri pislənib

Ərəb hökmranlarının sionist rejimlə münasibətləri adiləşdirmələri pislənib

Ərəb hökmranlarının sionist rejimlə münasibətləri adiləşdirmələrinin pislənilməsi üzrə video-konfransda 40-dan çox ölkədən olan 500 şəxsiyyət Amerikanın fələstinlilərin hüquqlarının tapdanması ilə sionist rejimin maraqlarının təmini və bu rejimə dəstək istiqamətindəki siyasətinin dəyişməz olmasına təkid edib.

ABNA24 Xəbər Verir, Satqın ərəb hökmranlarının sionist rejimlə münasibətləri adiləşdirmələrinin pislənilməsi üzrə video-konfrans 40-dan çox ölkədən gəlmiş 500 görkəmli şəxsiyyətin iştirakı, həmçinin fələstinli və livanlı müqavimət qurumlarının ciddi-cəhdi ilə keçirilib.

Livan Hizbullahının baş katib müavini Şeyx Nəim Qasim bu video-konfransda deyib:

"Münasibətlərin adiləşdirilməsi müsəlmanların birinci qibləsinə və dinə xəyanətdir. Müqavimətin Livandakı təcrübəsi cənubun azad edilməsi və 33 günlük müharibənin qələbəsi ilə nəticələndi. Həmin müqavimət Fələsitinin azad edilməsi müjdəsini verir".

Həmas hərəkatının siyasi bürosunun sədri İsmail Hənyə bu video-konfransın açılışı zamanı deyib:

"Müqavimət, bizim azadlığa çatmaq üzrə strateji seçimimizdir. «Sazişin tərəfdarı» olmağın/ işğalçılığın davam etməsindən savayı, heç bir nəticəsi olmayacaq".

Amerikanın fələstinlilərin hüquqlarının tapdanması ilə sionist rejimin maraqlarının təmini və bu rejimə dəstək istiqamətindəki siyasətinin dəyişməz olması video-konfransın özəl bölməsi olub.

Biabırçı sövdələşmənin uğursuz qalması, bütün fələstinli didərginlərin öz vətənlərinə geri dönmələri, həmçinin «sionist rejimlə münasibətlərin adiləşdirilməsinin/ yeni qəsbkarlığın başlanğıcı,/ müqavimətin isə, Qüdsi-Şərifin azad edilməsi üzrə yeganə yol olması»,/ bu ikigünlük video-konfransın ən mühüm bəhslərindəndir.

Video-konfransda iştirak edən şəxsiyyətlər vurğulayıblar ki, İran İslam Respublikası Fələstin məsələsinin real himayədarıdır,/ «sazişin tərəfdarı» olmaq isə/ yalnız sionist rejimin Fələstin xalqına qarşı işğalçılığının daha da kəskinləşməsinə bais olacaq.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Qarabağ İslam Torpağıdır. Qarabağ Azərbaycanındır.
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!