?>
Əliyevlər sülaləsi və Azərbaycan Xalqının Mənəvi Uçurumu

Əliyevlər rejiminin mamaroza prodüseri Təranə Səmədova narkotiklə saxlanılıb

Əliyevlər rejiminin mamaroza prodüseri Təranə Səmədova narkotiklə saxlanılıb

Qeyd edək ki, T.Səmədova 2019-cu ildə əliyevlər rejiminin Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsi tərəfindən saxlanılıb. İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlbetmə) maddəsi ilə ittiham elan edilib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, əliyevlər rejiminin tanınmış mamaroza prodüseri Təranə Səmədova iki gün əvvəl Nəsimi rayonu ərazisində narkotikə görə saxlanılaraq aidiyyəti üzrə polis bölməsinə aparılıb.

Bu zaman T.Səmədova polisə müqavimət göstərərək tabe olmamağa çalışıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı (Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsi) və 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokollar tərtib edilib və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Əliyevlər məhkəməsinin qərarına əsasən, T.Səmədovanın barəsində sadəcə 400 manat məbləğində cərimə edilib və azad buraxılıb.

Xatırladaq ki, aprelin 27-də T.Səmədova barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə protokollar tərtib edilmiş, əliyevlərin Abşeron Rayon Məhkəməsi onun barəsində 200 manat məbləğində cərimə kəsimişdi.

Qeyd edək ki, T.Səmədova 2019-cu ildə əliyevlər rejiminin Daxili İşlər Nazirliyinin İnsan Alveri üzrə Mübarizə İdarəsi tərəfindən saxlanılıb. İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlbetmə) maddəsi ilə ittiham elan edilib.

Rejimin Nərimanov Rayon Məhkəməsinin hökmü ilə T.Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan polis nəzarətində qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilib və məhkəmə zalında həbs olunub. Ali Məhkəmənin qərarı ilə MAMAROZA T.Səmədova azadlığa buraxılıb.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*