?>
Qafqaz və Azərbaycan Xəbərləri

Əliyevlər rejimində zibilliyə çevrilən və viran edilmiş “Şah Sultan Hüseyn” Məscidi - VİDEO

Birmərtəbəli, kürsülü inşa edilən Məscid 4 otaqdan və geniş həyətdən ibarət olub və 18-ci əsrin tarixi memarlıq abidəsidir. Yerli sakinlərin Baku Tv-ə verdikləri müsahibəsində bildirdiklərinə görə təmir və bərpa adı ilə Məscidin yarısı dövlət qrumları tərəfindən uçurdulub.


Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, əliyevlər sülalə rejimində növbəti Allah Evi və eyni zamanda da tarixi abidə olan Novxanı qəsəbəsində yerləşən “Şah Sultan Hüseyn” Məscidi viran edilərərk zibilxanaya çevrilib.

Birmərtəbəli, kürsülü inşa edilən Məscid 4 otaqdan və geniş həyətdən ibarət olub və 18-ci əsrin tarixi memarlıq abidəsidir. Yerli sakinlərin Baku Tv-ə verdikləri müsahibəsində bildirdiklərinə görə təmir və bərpa adı ilə Məscidin yarısı dövlət qrumları tərəfindən uçurdulub.

Sakinlər bildirir ki, kənd bələdiyyəsi tərəfindən toplanan heyvan leşi və digər tullantılar buraya atılır. Elə çəkiliş zamanı da bələdiyyəyə məxsus traktorun əraziyə zibil boşaltdığının şahidi olduq.

Mövcud məsələ ilə bağlı Novxanı kənd bələdiyyəsindən bildirilib ki, ərazinin çirklənməsi və qədim Məscidin ətrafında antisanitar vəziyyətin yaranmasına qurum cavabdeh deyil.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən isə bildirilib ki, məscidin yaxınlığına məişət tullantılarının atılmasının qarşısının alınması üçün dəfələrlə tədbir görülsə də, eyni hal yenidən təkrarlanıb.

Ətraflı Baku TV-nin sujetində:

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*