?>

Əliyevlər rejimi keçmiş MAXE-nin ağzını tikərək onu aclıq aksiyası etməyə məcbur ediblər - Foto

Əliyevlər rejimi keçmiş MAXE-nin ağzını tikərək onu aclıq aksiyası etməyə məcbur ediblər - Foto

N.Süleymanov dövlət qurumları tərəfindən problemlərinə etinasız yanaşıldığına görə ağzını iynə-sapla tikərək aclıq aksiyası etdiyi bildirilib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, ermənilər ağzını tikdirə bilmədikləri İkinci Qarabağ Müharibəsi iştirakçısı Namiq Süleymanovun ağzını İlham Əliyev rejimi tikərək, onu aclıq aksiyasına vadar etdirib.

Sosialşəbəkələrdə Qazinin ağzı tikili halda şəkilləri yayılıb.

Görüntülərdə N.Süleymanov dövlət qurumları tərəfindən problemlərinə etinasız yanaşıldığına görə ağzını iynə-sapla tikərək aclıq aksiyası etdiyi bildirilib.

Məsələ ilə bağlı "Qafqazinfo" keçmiş hərbçinin ailəsi ilə əlaqə saxlayıb. Həyat yoldaşı bildirib ki, mənzil və iş problemi ilə bağlı Laçın Rayon İcra Hakimiyyətinə, eləcə də Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə müraciət etsələr də, onlara heç bir kömək göstərilməyib:

"Nə evimiz, nə işimiz var. Hazırda Ağcəbədi rayonunda yaşayırıq. Həyat yoldaşım hərbçi idi. Lakin müqaviləsi bitəndən sonra işdən azad edildi. Namiq Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl və Şuşanın azad olunmasında iştirak edib və medallarla təltif olunub.

Hazırda rayon sakinlərinin köməyi ilə Ağcəbədidə qaçqınlar üçün tikilən qəsəbədə məskunlaşmışıq. Laçın RİH başçısı Aqil Nəzərlinin də qəbulunda olduq, lakin heç bir köməklik göstərilmədi".

Qeyd edilib ki, Namiq Süleymanov 2017-2021-ci illərdə Azərbaycan Ordusunda MAXE kimi işləyib və öz arzusu ilə 2021-ci ilin sentyabrında xidmətdən xaric edilib.



Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*