?>

Əliyev rejiminin Suriyaya transfer etdiyi daha bir azərbaycanlı vəhhabi terrorçu həbs edildi

Əliyev rejiminin Suriyaya transfer etdiyi daha bir azərbaycanlı vəhhabi terrorçu həbs edildi

Suriyanın Atma şəhərində xüsusi hazırlıq düşərgəsində təlimlər keçərək, odlu silah və partlayıcı maddələrdən istifadə qaydalarını mənimsəyən, “Azəri Camaatı” adlı qanunsuz vəhhabi terror qruplaşmanın fəaliyyətində iştirak edən, “Şeyx Süleyman” qəsəbəsi uğrunda gedən döyüşlərə qoşularaq qəlpə yarası alan, 1977-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Osmanov Akif Aydın oğlu həbs edilib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, İlham Əliyev rejiminin 2011-ci ildən başlayaraq Türkiyə vasitəsi ilə Suriya və İraqa transfer etdiyi azərbaycanlı vəhhabilər və xarici ölkələrin (əsasən də MDB ölkələri) vəhhabi əqidəli vətəndaşların br çoxu Suriya və İraq Dövlətləri tərəfindən məhv edilsələr də xeyli sayda miqdarı Azərbaycan, MDB ölkələrinə, Türkiyə, Əfqanıstan, Pakistan, Səudiyyə Ərəbistanı, Avropa və Amerikaya qayıtmışlar. Onlardan bir çoxları qaytıqları ölkələrdə terror aktları həyata keçirsə də bir çoxları gözləmə strategiyasını seçmiş və lazım olan vaxtda meydana çıxaraq terror aktlarını həyata keçirəcəkləri şübhəsizdir...

DTX-nin Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilir ki, saxta pasportla Özbəkistan vətəndaşı İlyorjon İsanov kimi Türkiyədə vəhhabi terror qruplaşmalarına qoşulan və daha öncə Suriya Ərəb Respublikasının Atma şəhərində xüsusi hazırlıq düşərgəsində təlimlər keçərək, odlu silah və partlayıcı maddələrdən istifadə qaydalarını mənimsəyən, dini radikalizm və dini düşmənçilik zəminində “Azəri Camaatı” adlı qanunsuz vəhhabi terror qruplaşmanın fəaliyyətində iştirak edən, qrup üzvləri ilə birlikdə “Şeyx Süleyman” qəsəbəsi uğrunda gedən döyüşlərə qoşularaq qəlpə yarası alan, sonra saxta Özbəkistan pasportu ilə təmin edilərək Türkiyə və daha bir çox ölkələrə dini düşmənçilik və terror zəminində səfərlər edən 1977-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Osmanov Akif Aydın oğlu şübhəli şəxs qismində tutularaq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub.

Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*