?>
Afrika Xəbərləri – Əlcəzayir

Əlcəzair qondarma İsrail rejiminin bu ölkəyə qarşı təşkil etdiyi sui -qəsdin qarşısını aldı

Əlcəzair qondarma İsrail rejiminin bu ölkəyə qarşı təşkil etdiyi sui -qəsdin qarşısını aldı

Polis açıqlamasında deyilir: "Şübhəlilərin evlərində səlahiyyətli məhkəmə orqanlarının nəzarəti altında axtarışlar aparılıb və “MAK” terror təşkilatının İsrail qurumları ilə davamlı təmasda olduğunu göstərən sənədlər aşkar edilib.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Cezayir səlahiyyətliləri, bildiriblər ki, kəşf etdikləri sənədlər, alınan etiraflar, sübutlar bunu göstərir ki, "MAK" separatçı hərəkatının Sionist rejim və Mərakeş ilə sıx əlaqələri vardır.

Əl-Qüds Əl-Ərəbi bölgələrarası qəzetinin məlumatına görə, Əlcəzair televiziyası, sionist rejim və Şimali Afrika ölkəsi tərəfindən dəstəklənən separatçı bir terror şəbəkəsinin təşkil etdiyi bir sui-qəsdin qarşısını almağa nail olub.

Əlcəzair polisi verdiyi açıqlamada əlavə edib ki, əməliyyatdan sonra daxili separatçı partiyaların iştirakı ilə ölkə daxilində silahlı əməliyyat keçirməyi planlaşdıran 17 şübhəli şəxs həbs edilib.

Polis açıqlamasında deyilir: "Şübhəlilərin evlərində səlahiyyətli məhkəmə orqanlarının nəzarəti altında axtarışlar aparılıb və “MAK” terror təşkilatının İsrail qurumları ilə davamlı təmasda olduğunu göstərən sənədlər aşkar edilib.

Qeyd edək ki, “MAK” qrruplaşması, 2002 -ci ildə Fərhat Mehni tərəfindən separatçı bir yanaşma ilə qurulub. Fərhat Mehni hazırda Fransada yaşayır.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*