?>

Əhli-Beyt (ə) Yurdu olan Azərbaycanda, Məsciddə qorunan 150 illik çıraq - Foto

Xeyriyyəçi usta Hacı Tağı 110 il əvvəl Mirəşrəf ağa məscidini tikdirib istifadəyə verən zaman Rusiyada hazırlanan həmin çıraq da məscidə bağışlanıb. Həmin vaxtda belə çırağın istehsal tarixi 30-40 il əvvələ aid olub.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, qədim əyyamlardan Nəcəf Hövzə Elmində “Darul Muminin”- “Möminlər Evi” adlanan Salyanın Mirəşrəf ağa Məscidində qorunub saxlanılan, uzunluğu 1 metr, ağırlığı 70 kiloqram olan çırağın 150-dən çox yaşı var. Həmin çıraqla eyni formalı çırağın taleyi barədə isə məlumat yoxdur.

Xeyriyyəçi usta Hacı Tağı 110 il əvvəl Mirəşrəf ağa məscidini tikdirib istifadəyə verən zaman Rusiyada hazırlanan həmin çıraq da məscidə bağışlanıb. Həmin vaxtda belə çırağın istehsal tarixi 30-40 il əvvələ aid olub. Nəhəng çıraqdan həm istilik, həm də işıqlandırma məqsədilə istifadə olunub. Çıraq 110 il əvvəl tavana asıldığı kimi yeri dəyişdirilmədən bu günə qədər qorunub saxlanılıb.

Ötən əsrin 50-ci illərinə kimi istifadə olunan çıraq yalnız neftlə işlədiyindən yanacağın doldurulması üçün çırağın endirilib-qaldırılması zamanı xüsusi qurğudan istifadə olunur. Qış aylarında isə yarıendirilmiş formada saxlanılan çıraq məscidi tam istiliklə təmin edə bilir.

Rusiyadan gətirilmiş çıraqlardan digərinin izləri isə ötən əsrin 90-cı illərində yoxa çıxıb və bu günədək çırağın taleyi naməlum olaraq qalır.

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*