?>
Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının naşirlərinin iştirakı ilə;

Əhli-Beyt (ə) görüşündə Məhdəviyyət adlı audiokitab İndoneziya dilində nəşr olunub

Əhli-Beyt (ə) görüşündə Məhdəviyyət adlı audiokitab İndoneziya dilində nəşr olunub

Müəllif araşdırmasında əvvəlcə Əhli-beyt (ə) baxımından Məhdəviyyət məsələsinə diqqət yetirir və həmin baxışı isbatlamağa çalışır, sonra Əhli-beytin (ə) düşüncəsi üzərində onun nəticələrini araşdırır və daha sonra məhdəviyyət məfhumunun ideoloji dəyərindən bəhs edir.

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Ümumdünya Əhli-Beyt (ə) Assambleyasının naşirlərinin iştirakı ilə Həzrət Bəqiyyətullah əl-Əzəmin (ə) mübarək mövludu ilə eyni vaxtda Əhli-beyt (ə) prizmasından Məhdəviyyət adlı audio kitabı İndoneziya dilində hazırlanmış və nəşr edilmişdir.

Sözügedən əsər Məhdəviyyət düşüncəsinin Əhli-beyt (ə) nəzərinə uyğun təhlil və şərhidir. Müəllifin fikrincə, digər İslam məzhəblərinin təqdim etdiyi məhdəviyyətlə müqayisədə Əhli-beytin (ə) Məhdəviyyətlə bağlı açıqlamalarının əsas fərqi və kökləri imamət əqidəsindəki fikir ayrılığı ilə bağlıdır.

O, bu araşdırmasında əvvəlcə Əhli-beyt (ə) baxımından Məhdəviyyət məsələsinə diqqət yetirir və həmin baxışı isbatlamağa çalışır, sonra Əhli-beytin (ə) düşüncəsi üzərində onun nəticələrini araşdırır və daha sonra məhdəviyyət məfhumunun ideoloji dəyərindən bəhs edir.

Qeyd edək ki, sözügedən əsər Assambleyanın hörmətli tərcümə bürosunun sifarişi və cənab Məhəmməd Siracuddin tərəfindən İndoneziya dilinə tərcümə edilib.

Maraqlananlar qeyd olunan audiokitab üçün bu https://b2n.ir/MAHDIISME.indonesia keçid vasitəsilə müraciət edə bilərlər.

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*