?>

Əfqanıstanın bərpası ABŞ-ın üzərinə düşür

Əfqanıstanın bərpası ABŞ-ın üzərinə düşür

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Əfqanıstanın bərpasının məsuliyyətinin Amerikanın və onun müttəfiqlərinin üzərlərinə düşdüyünü bildirib.

ABNA24 Xəbər Verir, «Şanxar Əməkdaşlıq Təşkilatı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələr razılığa gəliblər ki, Amerika və onun müttəfiqləri müharibədən sonra Əfqanıstanın sosial və iqtisadi bərpasının məsuliyyəti üzrə tam məsuliyyəti özlərinin birinci vəzifələri kimi üzərlərinə götürməlidirlər.»- deyə Mariya Zaxarova vurğulayıb.

Çinin xarici işlər naziri «Van İ» də cari həftənin əvvəllərində demişdi ki, Amerika Əfqanıstanın bərpasının məsuliyyətini üzərinə götürməli və ona iqtisadi və humanitar yardımlar göstərməlidir.

ABŞ prezidenti Co Bayden isə BMT Baş Assambleyasının sessiyasındakı çıxışında iddia edibdir ki, onlar 20 illik müharibəyə son qoyublar və diplomatiya qapıları açılıbdır!

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*