Ən çox itki və fəsadlar ölkənin cənub-şərqindəki Paktika və Host əyalətlərində qeydə alınıb.
Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Əfqanıstanda ötən gecə baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların sayı min nəfərə çatıb.
Məlumata görə, azı 1,5 min nəfər xəsarət alıb.
Ən çox itki və fəsadlar ölkənin cənub-şərqindəki Paktika və Host əyalətlərində qeydə alınıb.
Qeyd edək ki, ölkənin cənub-şərqində 6,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar Əfqanıstanla yanaşı, Pakistan və Hindistan ərazilərində də hiss edilib.
Əfqanıstanın paytaxtı Kabulda və Pakistanın paytaxtı İslamabadda sakinlər evlərini tərk edib.
Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!