?>
Cənubi Asiya Xəbərləri - Əfqanıstan

Əfqanıstanda tarixi Cam Minarəsi dağıdılma təhlükəsi ilə üzləşib – Foto

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Əfqanıstanda İslam Mədəni İrsi Siyahısı ilə yanaşı Ümumdünya İrsi Siyahısına daxil edilmiş “Cəm” Minarəsi baxımsızlıq, zəlzələ, eləcə də qar və yağış ucbatından məhv olmaq təhlükəsi ilə üzləşib.

Əfqanıstanda İSİCO və YUNESKO tərəfindən Ümumdünya İrs Siyahısına daxil edilmiş Cəm Qülləsi hicri qəməri tarixi ilə VI, miladi tarixi ilə 11-ci əsrə aiddir. Cəm Minarəsi Əfqanıstanın Ğur əyalətinin dağlıq məntəqəsində inşa olunub.

Əfqanıstanın qərbində yerləşən Ğur vilayətinin İnformasiya və Mədəniyyət Departamentinin sədrinin məlumatına görə, bu ay Əfqanıstanın qərb əyalətlərində baş vermiş zəlzələ, eləcə də qar və yağış səbəbindən Cəm Minarəsi uçmaq təhlükəsi ilə üzləşib.

Əbdül Həyy Zaim vurğulayıb: "Əgər YUNESKO Cam minarəsinin təmiri ilə bağlı ciddi addımlar atmasa, biz onun dağıldığını görəcəyik və bu, dünya üçün böyük biabırçılıqdır".

 

 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*