?>

«Böyük Peyğəmbər 15» hərbi təlimlərində gəmi əleyhinə uzaq mənzilli ballistik raketlərin əməliyyatı keçirilib

İran İslam İnqilabının Keşikçiləri Korpusu SEPAH-ın «Böyük Peyğəmbər 15» hərbi təlimlərinin son etapı düşmən gəmilərinə qarşı uzaq mənzilli ballistik raketlərin strateji əməliyyatlarının uğurla icrası və 1800 kilometr məsafədə yerləşən hədəflərin məhv edilməsi ilə sona çatıb.


ABNA24 Xəbər Verir, ötən gündən İranın mərkəzi səhrasında keçirilməkdə olan İslam İnqilabının Keşikçiləri Korpusu SEPAH-ın «Böyük Peyğəmbər 15» hərbi təlimlərinin ikinci və sonuncu mərhələləri bu gün düşmən gəmilərinə qarşı uzaq mənzilli ballistik raketlərin strateji əməliyyatlarının icrası və 1800 kilometr məsafədə yerləşən hədəflərin məhv edilməsi ilə həyata keçirilib.

Hərbi təlimlərin bu mərhələsində SEPAH-ın aerokosmik qüvvələrinin kəşfiyyat sistemləri vasitəsilə şərti düşmənin gəmilərinin mövqeyi müəyyən edildikdən sonra, müxtəlif tipli uzaq mənzilli ballistik raketlər Hind Okeanının şimalında və 1800 kilometr məsadəfə yerləşən şərti hədəfləri uğurla vuraraq, məhv ediblər.

Qeyd edək ki, İslam İnqilabının Keşikçiləri Korpusu SEPAH-ın «Böyük Peyğəmbər 15» hərbi təlimləri illik keçirilən əsas hərbi təlimlərdəndir ki, onun ilk mərhələsi dünən kombinə edilmiş raket və dron əməliyyatlarının icrası və düşmənin müdafiəsinə hücumla həyata keçirilib.

342/


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Qarabağ İslam Torpağıdır. Qarabağ Azərbaycanındır.
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!