Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İraq Ali Məhkəməsi, ölkə przidentinin fərari “Birinci Müavini”, Tariq əl-Haşimini qiyabi məhkəmə prossesində edam olunmağa məhkum etmişdir.
Tariq əl-Haşimi bir qrup əməkdaşları və can güdənləri iə birgə, İraqda müxtəlif məntəqələrdə terror aktların həyata keçirtməkdə günahkar bilinirlər. Bu günə kimin onun qiyabi sürətdə, əməkdaşlarının isə şahidliyi ilə, üç məhkəmə prossesi keçirilmişdir. Porosses zamanı müttəhimlər törətdikləri cinayət əməllərin boyunlarına almış və bütün bu terror aktların məhz Tariq əl-Haşiminin göstərişi ilə həyata keçirtdiklərin bildirmişlər.
Bu arada, Bağdad Ali Məhkəməsinin Tariq əl-Haşimiyə verdikləri edam hökmündən sonra, ABŞ, Avropa İttifaqı və işğalçı israil rejimin muzdurları, bir daha İraqın müxtəlif əyalətlərində terror hadisələrin törətmişlər. Baş verən hadisədə ən azı 52 nəfər şəhid, yüzlərlə insan isə müxtəlif dərəcəli bədən xəsarəti almışlar.
İraqın Təhlükəsizlik Rəsmilərinin verdiykləri açıqlamada ən azından 52 nəfərin şəhid və 250 nəfərin isə yaralandığı təsdiq edilir.
Terror hadisələri İraqın Mosul, əl-İmarə, Kərkuk, Təkrit, Bəsrə və Nasiriyə məntəqələrində baş vermişdir.
Xatırladaq ki, İraqda terror aktların ABŞ, Avropa İttifaqı və işğalçı israil rejimin göstərişi ilə həyata keçirdən Tariq əı-Haşimi Türkiyəyə qaçmış və hal-hazırda Türkiyə dövləti tərəfindən yüksək səviyyədə qorunaraq himayə edilir.
Diqqət: Xəbərdən istifadə etdiydə mənbəyə istinad lazımdır