28 fevral 2012 - 20:30

«Əl Əhram»ın açıqlamasına görə, yaxın gələcəkdə bölgədə Ermənistan və Azərbaycanın bir hissəsi Böyük Kürdistana veriləcək

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Misirdə nəşr olunan hökmətyönlü «Əl Əhram» qəzeti sözün həqiqi mənasında şok açıqlama ilə çıxış edib. Qəzetin yazdığına görə, ABŞ-ın maliyyələşdirdiyi fondlardan birinin ofisində həyata keçirilən axtarış zamanı, polisin əlinə Qərbin bölgəni necə parçalayacağına dair xəritə keçib.

Həmin məlumatda vurğulanır ki, bu xəritəni Pentaqonun sifarişi ilə məşhur tarixçi, Priston Universitetinin professoru Bernard Luis hazırlayıb. Planın adı isə «Legitim İslam dünyasını ölkələrə parçalamaq» adlanır.

Rus ekspert Stanislav Tarasov «Regnum» Agentliyinə yazdı məqaləsində həmin xəritənin detallarını açıqlayıb. Orada birinci vacib məsələ Böyük Kürdistan dövlətinin yaradılması göstərilib. «Böyük Kürdistanın tərkibinə təkcə Şimali İraqdakı Kürdistan Muxtariyyəti deyil, Mosul, Kərkük, Türkiyə, İran, Suriya, Ermənistan və Azərbaycan ərazilərinin bir hissəsi də daxil edilir. Onu da xatırladaq ki, artıq Qərb mətbuatı İraqdan Azərbaycana kürdlərin hissə-hissə köçürüldüyünə dair xırda-xırda məlumatlar yayırlar».

Stanislav Tarasov xəritə ilə bağlı fikirlərini açıqlayaraq iddia edir ki, İran problemi Qərb tərəfindən çözüldükdən sonra bu ölkə parça-parça ediləcək.

Suriyanın aqibətinə gəldikdə isə rus ekspert yazır ki, bu ölkə də bir neçə bölgəyə bölünəcək. «Suriyanı parçalayaraq, bir neçə yerə böləcəklər. Həmin bölünmə nəticəsində şiə vilayəti, mərkəzi Hələb olan sünni dövləti, mərkəzi Dəməşq olan ikinci sünni dövləti, druzların dövləti (Bura Holan təpələri, İordaniya və Livanın qərbi daxildir) yaradılacaq. Məhz bu səbəbdən də Liviya və Tunisin ələ keçirilməsi lazım olduğu üzə çıxır. Çünki onların əldə edilməsi yeni geosiyasi məkanın ortaya çıxmasına səbəb olacaq».

Böyük Kürdistan dövlətinin yaradılmasına gəldikdə isə ekspertlər Qərbin bununla bağlı planının olduğunu mümkün sayırlar. Onlar qeyd edirlər ki, Türkiyə, İran və İraqdakı kürdlərin yaşadığı əraziləri birləşdirdikdə, bölgədə yeni bir dövlətin formalaşdırılması mümkündür.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır