Uşaq Qatili

Bakıya səfər edən Benyamin Netanyahu Fələstində Azanın qadağan edilməsinə dair yeni səylər göstərir

  • News Code : 797576
  • Source : İQNA
Brief

"Haaretz qəzeti"ndə deyilir ki, işğalçı rejimin baş naziri Binyamin Netanyahu çalışır ki, işğal olunmuş Qüdsdə və ətraf regionlarda Azanın minarələrdən yayılmasının qarşısını alan qanun layihəsini nümayəndələr palatasına (knesset) göndərsin.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, işğalçı sionist İsrail rejiminin baş naziri yenə də işğal olunmuş Qüdsdə və ətraf regionlarda Azanın minarələrdən yayılmasının qarşısını almaq fikirinə düşüb.

Qanunsuz sionist rejiminin "haaretz qəzeti"nin verdiyi məlumatda deyilir ki, işğalçı rejimin baş naziri Binyamin Netanyahu çalışır ki, işğal olunmuş Qüdsdə və ətraf regionlarda Azanın minarələrdən yayılmasının qarşısını alan qanun layihəsini nümayəndələr palatasına (knesset) göndərsin.

Bu qəzet Cümə günü, 9 Dekabr sayında, işğalçı rejimin baş naziri Binyamin Netanyahuya yaxın olan bir mənbəyə istinad edərək yazır: Son günlərdə səy edilir ki, işğal olunmuş Qüdsdə və ətraf regionlarda Azanın minarələrdən gecə və gündüz səsucaldanlar vasitəsi ilə yayılmasının qarşısını alan qanun layihəsi təsdiqlənmək üçün İsrail sionist rejiminin parlamentinə (knesset) göndərilsin.

Bu sionist qaynaq Azan qadağası qanun layihəsinin Binyamin Netanyahu tərəfindən nə vaxt hazırlanaraq parlamentə təqdim ediləcəyi barədə bir söz deməyib.

Azanın səsucaldanlardan yayılmasını qadağan edən qanun layihəsinin cari həftənin üçüncü günü parlamentdə müzakirəyə çıxarılması gözlənilirdi, amma naməlum səbəblərdən bu iş təxirə salındı.

Bu qanun layihəsinə görə işğal edilmiş ərazilərdə ibadi işlər üçün səsucaldanlardan istifadə edilməsi, xüsusilə də Azanın məscidlərdə minarələrdən yayılması gecə saat 10:00-dan səhər saat 7:00-dək qadağan ediləcək.

Fələstinin 1948-ci ildə işağl edilmiş ərazilərində və Qüdsdə azanın səsucaldıcılardan yayılmasını qadağan edən qanun layihəsi sionist rejiminin baş nazirliyi kabinetindəki nazirlik komitəsi tərəfindən təsdiqlənsə də bu məsələnin knessetdə müzakirəsi təxirə salınmışdır.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!