Armagedon Savaşı

Sionist rejim: "Bu, İsrail ordusunun bütün imkanlarını istifadə edəcəyi son müharibə olacaq"

  • News Code : 748955
  • Source : ABNA- Xəbər Agentliyi Xarici KİV-ə istinadla
Brief

Yair Qolan: "Düşmənimizin (Hizbullah) bacarıqları yeni bir səviyyəyə gəlib çatıb. Bu da "Hizbullah"la gələcəkdə başlayacağımız müharibənin Livan üçün son 20 ildə təcrübədən keçirdiklərimizdən daha çox dağıdıcı olacağı deməkdir. Gələcəkdə yaranacaq hər hansı böhran zamanı Livanda kiçik müharibənin şahidi olmayacağıq. Bu İsrail ordusunun bütün imkanlarını istifadə edəcəyi yekun müharibə olacaq",

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Fələstin torpaqlarını işğal etmiş sionist israil rejim ordusunun baş qərargah rəisinin müavini Yair Qolanın son illər ərzində "Hizbullah"ın çox inkişaf etdiyini əsas gətirərək, gələcəkdə "Hizbullahla baş verə biləcək müharibənin dağıdıcı olacağını" dilə gətirdiyi bildirilib.

İşğal olunmuş Fələstin ərazilərində Xarici Jurnalistər Dərnəyinin təşkil etdiyi tədbirdə çıxış edən Qolan, "Düşmənimizin (Hizbullah) bacarıqları yeni bir səviyyəyə gəlib çatıb. Bu da "Hizbullah"la gələcəkdə başlayacağımız müharibənin Livan üçün son 20 ildə təcrübədən keçirdiklərimizdən daha çox dağıdıcı olacağı deməkdir. Gələcəkdə yaranacaq hər hansı böhran zamanı Livanda kiçik müharibənin şahidi olmayacağıq. Bu İsrail ordusunun bütün imkanlarını istifadə edəcəyi yekun müharibə olacaq", deyib.

İşğalçı ordu rəsmisi, həmçinin "Hizbullah"ın artıq peyk sisteminə malik raket istehsal edə biləcək gücə sahib olduğu və bunun İsrail üçün görülməmiş təhlükə yaratdığını da qeyd edib.

Digər tərəfdən, İsrailin "Kanal 2" televiziyası Livan sərhədinin müəyyən bir hissəsinə beton divar inşa edildiyini bildirib. Xəbərdə "Hizbullah"ın hücum təşkil etməsi qorxusu ilə inşa edildiyi bildirilən divarın 7 metr hündürlüyündə və 1.2 kilometr uzunluğunda olduğu qeyd edilib.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!