Araşdırma

Əliyevlərin əsas lobbiçiləri (yəhudilər) çətin durumda

Hakimiyyət məhz “israil lobbisi” ilə sıx əməkdaşlıq hesabına Azərbaycandakı seçki saxtakarlığını ört-basdır etməyə çalışıb.

  • News Code : 722646
  • Source : ABNA- Xəbər Agentliyi Azadlıq-a istinadla
Brief

Gültəkin Hacıbəyli: «Hakimiyyətin güvəndiyi yəhudi lobbisi artıq nəinki Azərbaycanın, İsrailin öz problemlərini həll etmək iqtidarında deyil»

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Avropa Birliyi ilə Fəlsətin torpaqlarını işğal etmiş sionist israil rejimi arasında münasibətlər son zamanlar kəskinləşib. Buna səbəb AB-nın işğalçı rejim ilə bağlı qəbul etdiyi qərardır. Avropa Birliyi İordan Çayının Qərb sahilində və İsrailin zəbt etdiyi digər ərazilərdə istehsal etdiyi məhsulların alışına qadağa tətbiq etdikdən sonra, etiraz olaraq işğalçı israil rejimi Avropa İttifaqı ilə diplomatik əlaqələri dayandırıb.

Qanunsuz israil rejimin baş naziri Benyamin Netanyahu bildirib ki, Avropa Birliyinin rəsmiləri və onların nümayəndələri ilə əlaqələrin kəsilməsi münaqişəyə dair prosesi yenidən qiymətləndirilənədək qüvvədə qalacaq.

Sionist rejimin dünya birliyi ilə münasibətlərinin pisləşdiyi və Tel-Avivin yaranmış situasiyanı həll etməkdə aciz olduğu görünür. Amma proseslərin bu formada davam etməsi Azərbaycan hakimiyyəti üçün də yaxşı heç nə vəd etmir. Çünki Rusiyadan sonra Azərbaycan hakimiyyətinin arxalandığı xarici ölkələrdən biri məhz sionist israil rejimidir. Hakimiyyət məhz “israil lobbisi” ilə sıx əməkdaşlıq hesabına Azərbaycandakı seçki saxtakarlığını ört-basdır etməyə çalışıb.

AB-nın bu qərarının ədalətli yanaşma olduğunu deyən Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirdi ki, nəhayət ki, illərdən sonra Fələstin məsələsinə ədalətli yanaşma sərgiləndi. İsrailin fələstinlilərə qarşı doğurdan da böyük müsübətlər yaşatdığını söyləyən G.Hacıbəyli qeyd etdi ki, bəzən fələstinlilər də mübarizələrində yolverilməz vasitələrə əl atır. Amma G.Hacıbəylinin sözlərinə görə, bütün bunlar işğal faktına görə İsrailin dövlət məsuliyyətini aradan qaldırmırdı: «Əslində fələstinlilərin aqressiyası ondan irəli gəlirdi ki, onlar İsrailin işğal faktı ilə barışmaq istəmirdilər. Analoji durum Qarabağda da mövcuddur. Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Belə olan halda fələstinlilərin uzun müddət yaşadıqlarını anlamaq olur. Avropa Birliyinin bu qərarı uzun illərdən sonra İsrail-Fələstin məsələsinə ədalətli baxılmasının sübutudur. Artıq BMT səviyyəsində Fələstin dövləti və onun ərazilərinə hörmət ifadə edilib. Bir çox ölkələr Fələstinlə həmrəyli ifadə ediblər. İşğalçı kimliyindən asılı olaraq dayandırılmalıdır. Ümid edirik ki, Avropa Birliyi Qarabağla da bağlı oxşar mövqedən çıxış edəcək».

İsrailin beynəlxalq aləmdə reytinq itirməsinin Azərbaycanın durumuna necə təsir edəcəyinə gəlincə isə, G.Hacıbəyli vurğuladı ki, Rusiyadan sonra İsrail Azərbaycanın dayağıdır: «Rusiya hazırkı iqtidarın hakimiyyətə gəlməsində müstəsna rol oynayıb. Bu günə kimi də hakimiyyətin davamlılığını təmin edən əsas qüvvədir. Amma Rusiyanın durumu göz qabağındadır. Rusiya ciddi şəkildə çarsılıb. Rusiyadan sonra Azərbaycan hakimiyyətinə ən ciddi dəstək verən ölkə İsraildir. İsrail insan haqları və demokratiya ilə bağlı problemləri üzündən birbaşa Qərbə, ABŞ-a çıxa bilməyən Azərbaycan hakimiyyətinin bu dairələrlə dolayısı təmasını təmin edən ölkə idi. Amma hazırda anlayırıq ki, İsrailin özünün bu dairələrlə problemi var. Artıq hakimiyyətin güvəndiyi yəhudi lobbisi də nəinki Azərbaycanın, İsrailin öz problemlərini həll etmək iqtidarında deyil».


Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib