əliyevlərin Gey Sevgisi

Azərbaycanlı diplomatlardan 'üzdəniraqlara' dəstək kəskin reaksiyalara səbəb olub

  • News Code : 296529
  • Source : Aran News
İran Millət vəkili söyləyib: Bu məsələlər İslam Şurası Məclisi tərəfindən ciddi sürətdə izlənilir və millət vəkilləri bu məsələyə kəskin cavab verəcəklər.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin 2-ci rəsmisinin bu ölkə hökumətinin bayağı Eurovision müsabiqəsinin kənarında Bakıda homoseksualların paradının keçirilməsini dəstəkləməsi ilə bağlı açıqlaması kəskin reaksiyalara səbəb olub.

Bulleten-News-un məlumatına görə, Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Qafarov bir müddət öncə Tehran Universitetində keçirilən toplantıda Bakıda Eurovision mahnı müsabiqəsində homoseksualların paradının keçirilməsini qeyd edib və bu barədə deyib: Geylərin karnavalının keçirilməsi də homoseksualların bu respublikaya axınına səbəb olacaq və Eurovision mahnı müsabiqəsinə xərclənən yüz milyonlarla dollar vəsaitin bir hissəsinin əvəzi çıxılacaq.

İslam Şurası Məclisində Bircəndin millət vəkili Hüseyn İbrahimi Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin 2-ci adamının Bakıda geylərin paradını dəstəkləməsinə reaksiya verərək deyib: Əgər bu məsələlər doğru olarsa, onun fəsadlı olmasında şübhə yoxdur.

Hüseyn İbrahimi İranda İslam Respublikası quruluşunun hakimiyyətinə toxunaraq bildirib: İran pak və müqəddəs diyardır və islam qanunları ona hakimdir. Belə şəxslər fəsadlı ideyalarla müsəlman Azərbaycan Respublikasının diplomatik yerini Tehranda işğal etməməlidirlər.

Belə bir diplomata malik olmağın Azərbaycanın şənində olmadığını söyləyən İbrahimi deyib: İslam Şurası Məclisi bu hərəkətlər qarşısında sükut etməyəcək.

İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının sədr əvəzedicisi də Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin 2-ci adamı İbrahim Qafarovun sözlərinin kəskin və mənasız olduğunu vurğulamaqla yanaşı deyib: Əgər azərbaycanlı diplomatın homoseksual olması və Tehran Universitetindəki mənasız sözləri sübut olunarsa, Xarici İşlər Nazirliyi öz qətiyyətli addımı ilə elə şəkildə əməl etməlidir ki, heç kimin homoseksuallığı azadlıq və demokratiyanın müdafiə olunması istiqamətində irəli sürməyə cürəti çatmasın.

Millət vəkili söyləyib: Bu məsələlər İslam Şurası Məclisi tərəfindən ciddi sürətdə izlənilir və millət vəkilləri bu məsələyə kəskin cavab verəcəklər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib