$icon = $this->mediaurl($this->icon['mediaID']); $thumb = $this->mediaurl($this->icon['mediaID'],350,350); ?>
Qəlblərinə İman Nuru Saçanlar

Amerikalı xanım İmam Rzanın (ə) hərəmində Şiə Məzhəbin qəbul etdi

  • News Code : 603119
Brief

Şiə olduqdan sora adını dəyişərək Amənə qoyan müstəbsir daha sonra bildirib: “Mən çoxlu araşdırmalar və mütaliələr apardıqdan sonra İslam Dininin kamil Din olduğunu anladım və başa düşdüm ki, bəşəriyyətin bütün ehtiyaclarını ödəyə biləcək təkcə din elə İslam Dinidir.”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, keçmişi xaçpərəst olan amerikalı bir xanım səkkizinci İmam Əli ibn Musa Rza (əleyhiməs səlam) həzrətlərinin hərəmində rəsmən İslam Dinin qəbul edərək Müsəlman olub.

İslam Dinin qəbul etməzdən öncə adı Emi olan amerikalı xanım bildirib: “İmam Hüseynin (əleyhi səlam) Ərbəin mərasimi günü Nyu-Yorkda bir qrup Şiələr ilə rastlaşdım. Onlar mənə nəzr etdikləri xörəkdən verdilər. Onlardan İmam Hüseyn (əleyhi səlam) və Kərbəla hadisəsi haqda sual etdikdə olduqca maraqlı cavablar eşitdim. ”

Şiə olduqdan sora adını dəyişərək Amənə qoyan müstəbsir daha sonra bildirib: “Mən çoxlu araşdırmalar və mütaliələr apardıqdan sonra İslam Dininin kamil Din olduğunu anladım və başa düşdüm ki, bəşəriyyətin bütün ehtiyaclarını ödəyə biləcək təkcə din elə İslam Dinidir.”

Xanım Amənə daha sonra deyib: “İslam gözəl həyat tərzi qurmaq üçün obyektiv göstərişlərə və qanunlara malikdir. Bu haqda apardığım araşdırmalar nəticəsində də məhz Şiə məzhəbini kamil məzhəb olduğu üçün qəbul etdim...”

Yenicə Şiə məzhəbinin davamçıları sırasına qoşulan Amənə xanım sonra bildirib: “Mən, İmam Rzanın (əleyhi səlam) hərəmində sakitlik və əmniyyət hiss edirəm... Ümüdvaram ki, əsil layiqli Müsəlman ola bilim.”

 

ABNA- Xəbər Agentliyi

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*