$icon = $this->mediaurl($this->icon['mediaID']); $thumb = $this->mediaurl($this->icon['mediaID'],350,350); ?>
Sələfi Alimi Necə Hidayət Oldu?

1000 nəfəri vəhabi edən bir gecə daxilində Şiə oldu

  • News Code : 455170
  • Source : ABNA- Xəbər Agentliyi
Brief

Həkimlər bir daha övlada sahib ola bilməyəcəyimizi dedikdən sonra isə Qum şəhərinə getdik. 70 gecə Cəmkəran Məscidində ibadətlə məşqul olub karton üzərində yatırdıq... Bir gün Xanım Zəhraya (səlamullahi əleyha) təvəssül edib ağlaya-ağlaya dedim: “Ya Zəhra! Bizim bütün bu çəkdiklərimiz sənin həyat yoldaşının vilayətinə görə oldu. Biz övlad sahibi olmaq istəyirik.”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyi- İran İslam Respublikasında yaşayan və Vəhabilik firqəsinin tanınan simalarından biri olan Salman adlı şəxs gözlənilməz halda şiəliki qəbul edib. Bu haqda o, Müqəddəs Qum şəhərindən yayımlanan Nur TV kanalında danışıb.

Sünnilərin mövləvisi (ruhanisi) olan Səlman, şiəlikdən öncə 500-1000 nəfər arası sünnini vəhabi firqəsinə çəkdiyini də bildirib.

O, necə hidayət olaraq, Şiə olmasını belə açıqlayıb: “Bir Şiə yeniyetməyə 60-a yaxın kitab verdim ki, öz əqidəmə çəkim, ama kitablar onda təsir qoymadı.

Bir gün o yeniyetmə mənə dedi ki, “sənin 60-a yaxın kitablarını alıb oxumuşam, indi mənim səndən bir xahişim var. Biz İmam Hüseyn (əleyhis səlam) üçün mərasim keçiririk gəl orda iştirak et.”

Mühərrəm ayı daxil oldu. Mən hər gün bir bəhanə gətirərək məclisdə iştirak etməkdən imtina edirdim. nəhayət Aşura günü çatdı, gördüm artıq alınmır, söz vermişəm mütləq məclisə gedib iştirak etməliyəm. İkimiz birlikdə məclisə getdik. Mən əlimdə təsbehlə Allahdan bu məclisə gəldiyimə görə istiğfar edib, bağışlanmamı diləyirdim...

Gördüm məclisdə söhbət edən xətib bu sözləri deyir: “Ay camaat! Hansınız Allaha və onun dininə görə öz canından ki, heç namusundan keçər, bacısı bu yolda sillələnər, üç yaşlı uşağı vəfat edər?.. Hüseyn (əlehis səlam) bunu etdi.”

Öz-özümə dedim, “əcəba, Hüseyn ibn Əli (əleyhiməs səlam) nə böyük adam imiş!...”. Özümə gəldikdə isə, İmam Hüseynin (əleyhis səlam) məzlumluğu üçün ağlayaraq, uzun saqqalımdan göz yaşlarının axdığını gördüm. Və həmin gecə də Əhli-Beyt (əleyhis səlam) əqidəsini qəbul etdim.

Bir müddət keçdi. Atam bu xəbəri eşitdikdə, Şiə olmamağım üçün mənə ev alacağını, maşın verəcəyini bütün arzularımın həyata keçirəcəyini vəd etdi. Hətta bildirdi ki, “Səlman şeytanpərəst ol, amma şiə olma”.

Dedim: “Atacan mən artıq öz yolumu tapmışam...”

Bir gün hesabımdakı pulların boşaldığını, mal-mülkümün əlimdən alındığını gördüm. Həyat yoldaşıma dedim ki, mən Urmiyəyə işləmək üçün gedirəm. Qapını açdım, eşikə çıxdım, ailəm məni ötürmək üçün arxamca gəlirdi... Küçənin başında atam bir neçə nəfərlə yolumu kəsərək, mənə “Hara gedirsən?” dedilər. Mən onların cavabında dedim: “Siz də babalarınız kimi yol kəsirsiniz?” (Admin: İşarə edir İmam Hüseynin Küfəyə getməsinə. İbni Ziyad (əleyhi lənətulah) Yəzidin (lənətullahi əleyh) göstərişi ilə İmam Hüseynin (əleyhi səlam) Küfəyə getməsinin önün kəsmişdir).

Atam: “Yolundan dönməyəcəksənmi?”

Mən: “Xeyr”

Atam dəyənəklə başıma güclü zərbə endirdi və mən özümdən getdim. Huşumu itirdim. Atam və ətrafındakılar başımı kəsmək üçün bıçaqı boynuma dayıyıblar, amma necə olubsa başımı kəsməyiblər. Lakin qolumdakı damarları üç yerdən doğramışlar...

Özümə gəldikdə çoxlu qan itirmişdim və hamilə xanımımın da döyüldüyünü, zərbələr nəticəsində övladını itirdiyini eşitdim... Eh... Biz hara? O kəski öz gözləri ilə bütün hadisələri müşahidə etdi hara?...  Mən ki huşdan getmişdim, görmədim, həyat yoldaşım ki, həzrəti Zəhra deyildi... (Admin: Həzrəti Xanım Fatiməyi Zəhranın (səlamullahi əleyha) səqifə hadisəsindən sonra, Ömər, Qonfoz, Muğeyrə olmaqla bəzi səhabələr tərəfindən döyülərək, aldığı zərbələr nəticəsidə bətnindəki Möhsün (əleyhis səlam) adlı altı aylıq oğlan uşağının itirdiyi hadisəyə və bütün bu ağrılı hadisələrin şahidi olan İmam Əli (əleyhis səlam) cənablarına işarə edir).

Bu zərbələrdən sonra danışığımda kəkələyirəm... Həkimlər bir daha övlada sahib ola bilməyəcəyimizi dedikdən sonra isə Qum şəhərinə getdik. 70 gecə Cəmkəran Məscidində ibadətlə məşqul olub karton üzərində yatırdıq... Bir gün Xanım Zəhraya (səlamullahi əleyha) təvəssül edib ağlaya-ağlaya dedim: “Ya Zəhra! Bizim bütün bu çəkdiklərimiz sənin həyat yoldaşının vilayətinə görə oldu. Biz övlad sahibi olmaq istəyirik.”

Bir müddətdən sonra isə həyat yoldaşımda hamiləlik əlamətlərini müşahidə etdim. lakin doğuma 15 gün qalmış həkimlər bu uşağın 700 qram olduğunu və dünyaya gələcəyi təqdirdə belə öləcəyini bildirdilər. Evə gəldik, yoldaşım gecə dərman atıb yatdı, mən isə həzrəti Əlinin (əleyhis səlam) məzlumiyyətinə ağladım... Yoldaşım gecə yarısı yanıma gəlib dedi: “Yuxuda bir xanım gəldi yanıma və dedi ki, “Məni tanıyırsan? Mən peyğəmbər qızı Zəhrayam (əleyha səlam)... Övladınızı biz qoruyacağıq.”

Körpə dünyaya göz açdıqda, 2kq.800 qram idi...

Mən, qızımın adını Fatimə qoydum. Çünki bu haqda hədis varımızdır ki, "Qızınızın adını Fatimə qoysanız onu heç vaxt vurmayın, üstünə qışqırmayın. Çünki peyğəmbərin qızı Fatiməni (əleyha salam) çox vurdular, üzərinə qışqırdılar...”

Verlişin aparıcısı: Səlman! Gözlərində yuvarlanan gözyaşlarına xatir Əliyu Murtəzanın (əleyhi səlam) Şiələri üçün dua et... Sən bizdən çox fərqlisən... Mən dəfələrlə demişəm: “Biz Şiə olduğumuz üçün bir dəfə də olsun qulaqardımıza sillə dəyməyib, heç kim başımıza qışqırmayıb...”

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır