$icon = $this->mediaurl($this->icon['mediaID']); $thumb = $this->mediaurl($this->icon['mediaID'],350,350); ?>
İslam Olduğu Kimi

Yaponiyalı xanım, Ayətullah Musəvinin qarşısında Şiə məzhəbini qəbul etdi + Foto

  • News Code : 415596
  • Source : ABNA- Xəbər Agentliyi
Brief

Müsəlman qadın, böyük fərhlə öz hisslərini bizə çatdıraraq bildirdi: “İslam Pak Dindir... Və mən buna tam əminəm. Mən İslam Dinin çox sevirəm..., Allahı çox sevirəm..., dua etməyi sevirəm...”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Aki Ku Krukava adlı yaponiyalı tələbə, tədqiqatlardan sonra, Ayətullah Musəvi Ərdəbilinin hüzurunda Mübarək Şəhadəteyni dilinə gətirərək, Müqəddəs İslam Dininə daxil olub. Və rəsmi olaraq, Cəfəri Məzhəbini seçərək, Şiəliyi qəbul edib.

Müxbirimizin verdiyi məlumata görə, xanım Aki Ku Krukava uzun sürən təhqiqatlardan sonra İslam Dinin qəbul etmək fikrinə düşdüyünü bildirib.

O, deyib: “Mən öz təhqiqatlarımı internet vasitəsi ilə həyata keçirirdim. Əlbət də qeyd etməliyəm ki, 15 il bundan öncə Ayətullah Musəvi Ərdəbilinin qarşısında İslam Dinin qəbul etmiş dostlarımdan biri, mənə bu yolda böyük köməklik göstərib”.

Müsəlman qadın, böyük fərhlə öz hisslərini bizə çatdıraraq bildirdi: “İslam Pak Dindir... Və mən buna tam əminəm. Mən İslam Dinin çox sevirəm..., Allahı çox sevirəm..., dua etməyi sevirəm...”

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır