$icon = $this->mediaurl($this->icon['mediaID']); $thumb = $this->mediaurl($this->icon['mediaID'],350,350); ?>

Biz İranla düşmən deyilik

  • News Code : 281999
  • Source : İslam Taymz
Bunu İraqın baş naziri Nuri əl-Maliki bildirib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən:Nuri əl-Maliki ötən gün keçirilən mətbuat konfransı zamanı deyib: "Qətiyyətlə deməliyəm ki, biz İranla düşmən deyilik. Bu ölkə ilə problemi olan ölkələrə də (İran əleyhinə əməliyyatlarda) İraq torpağından müharibə meydanı kimi bəhrələnməyə heç vəchlə izn verə bilmərik."

Nuri əl-Maliki bu sözləri ABŞ prezidentinin müavini Co Baydenin İran-İraq münasibətləri ilə bağlı çıxışından sonra söyləyib. Co Bayden cümə günü deyib: "ABŞ hərbiçiləri İraqı tərk etdikdən sonra İraq dövləti bütün iqtisadi və diplomatik gücündən istifadə edərək İranın Bağdadda olan nüfuzunu sındırmalıdır."

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır