$icon = $this->mediaurl($this->icon['mediaID']); $thumb = $this->mediaurl($this->icon['mediaID'],350,350); ?>
Səcdə təsviri xristian qadını müsəlman etdi

“İslama maraq göstərəndə on yaşım var idi"

  • News Code : 268090
  • Source : ABNA -xeber agentliyi
Bu müsahibəni verən zaman da on yaşımda keçirtdiyim hisslərim yadıma düşdü və səcdə halında olan müsəlmanların şəklini xatırladım və bundan ləzzət alıram. Allaha şükür edirəm ki, qəlbimdə olan arzuma çatmışam.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Yaponiyanın Tokio şəhərində yaşayan Şəms Afa xanım deyir: “İslama maraq göstərəndə on yaşım var idi. Böyüyən zaman da bu marağımı həyata keçirtdim.

İndi on beş ildir ki, İslam dinini qəbul etmişəm. Kiçik olanda xristian uşaq bağçasında müsəlmanların ibadətlərini kitablar və rəsmlərdə müşahidə edirdim. Müsəlmanların şəklini səcdə halında görürdüm. Uşaq vaxtı bu halı çox ruhani və mənəvi hesab etmişdim. Mənə çox təsir etmişdi və böyüyən zaman da öz qərarımı əmələ çevirdim. İslam dinini qəbul edib, Əhli-Beyt (ə) davamçısı oldum.

Bu müsahibəni verən zaman da on yaşımda keçirtdiyim hisslərim yadıma düşdü və səcdə halında olan müsəlmanların şəklini xatırladım və bundan ləzzət alıram. Allaha şükür edirəm ki, qəlbimdə olan arzuma çatmışam. Dünənki gecəni Cəmkəranda keçirtdim. Orada dua etdim və Quran oxudum”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır