Sionist Nökərləri

Ali Xəlifə vəhabi rejimi Əhli Beyt (əleyhimus səlam) məddahını həbs etdi + Foto

  • News Code : 483261
  • Source : ABNA- Xəbər Agentliyi əl-Aləmə istinadla
Brief

Qeyd edək ki, Mahi Muhərrəm başlayan gündən bəri vəhabi əqidəli azğın Xəlifə sülaləsi, İmam Hüseyn (əleyhis səlam) əzadarlarına, onlarla Məscidlərə, Hüseyniyyələrə, Təkkələrə hücum çəkərək, məclisin Xətiblərini, rozəxanlarını və mərsiyə deyənləri həbs edib zindanlara salır.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Bəhreynə zor gücü ilə hakim kəsilmiş vəhabi əqidəli Ali Xəlifə padşahlıq rejiminin, ölkədə çoxluğu təşkil edən Şiə məzhəbinin davamçılarına qarşı cinayətləri səngimir.

Belə ki, Xəlifə sülaləsinin azğın muzdlu qüvvələri, Əzra məntəqəsi sakini, Əhli Beyt (əleyhimus səlam) məddahı, Seyyid Murtəza Seyyid Həsəni, “İsa” şəhərində keçirilən İmama Hüseyn (əleyhis səlam) əza məclisində tutaraq, istintaq üçün “Vusta” polis bölməsinə aparıblar.

Məlumata görə, sabah 22 noyabr, 2013 tarixdə, bəhreynli məddah ölkə Baş Prokurorluquna aparılaraq orada dindiriləcək.

Qeyd edək ki, Mahi Muhərrəm başlayan gündən bəri vəhabi əqidəli azğın Xəlifə sülaləsi, İmam Hüseyn (əleyhis səlam) əzadarlarına, onlarla Məscidlərə, Hüseyniyyələrə, Təkkələrə hücum çəkərək, məclisin Xətiblərini, rozəxanlarını və mərsiyə deyənləri həbs edib zindanlara salır.

Azğın Xəlifə sülaləsinin göstərişi ilə, həmçinin rejimin güc strukturları, Muhərrəm ayı ilə əlaqədar hər bir bəner və plakartları məhv edərək aradan aparırlar.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!