Anti-İslam Siyasətlər

Türkmənistanda 7 Məscid söküldü - "qanunsuz tikili" bəhanəsilə...

  • News Code : 747538
  • Source : İslamazeri "İslam Today" portalına istinadən
Brief

Türkmənistan höküməti bir neçə il ərzində paytaxtda "qanunsuz tikili" adı ilə 7 Məscid söküb

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Türkmənistan höküməti  “Əqsa" adlı məscidin sökülmə qərarını verib.

Aqxabad şəhər idarəsindən verilən məlumata əsasən, sökülmüş Məscid müvafiq sənədlər olmadan tikilibmiş. Sökülmüş “Əqsa” məscidi 1993-cü ildə dindarların etdiyi ianələr hesabına inşa edilibmiş. Məlumata görə,  Məscid kobud şəkildə buldozerlə sökülüb.

Məscidlərin sənədləşdirilməsini həyata keçirmək əvəzinə, Müsəlman bir dövlətdə Məscidin sökülməsi anlaşılan deyil.

Xatırladaq ki, 2008- 2009-cu illərdə də, İlham Əliyev höküəti Bakıda bir çox Məscidləri elə bu bəhanə ilə sökdürmüşdür.

 

                                                                                            بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

وَمَنْ أَظْلَمُ مِمَّنْ مَنَعَ مَسَاجِدَ اللَّهِ أَنْ يُذْكَرَ فِيهَا اسْمُهُ وَسَعَىٰ فِي خَرَابِهَا ۚ أُولَٰئِكَ مَا كَانَ لَهُمْ أَنْ يَدْخُلُوهَا إِلَّا خَائِفِينَ ۚ لَهُمْ فِي الدُّنْيَا خِزْيٌ وَلَهُمْ فِي الْآخِرَةِ عَذَابٌ عَظِيمٌ

Allahın məscidlərində Onun adının zikr edilməsinə maneçilik törədənlərdən və onların viranə qalmasına çalışanlardan daha zalım kim ola bilər? Əslində onlar oraya qorxa-qorxa daxil olmalı idilər. Onlar üçün dünyada rüsvayçılıq, axirətdə isə böyük bir əzab vardır. (Bəqərə surəsi 114-cü ayə)

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!