Şərq Xəbərləri

Çin rejiminin anti-İslam siyasətləri davam edir, polis iki Müsəlman qadını Şəhid etdi

Çin komunist rejimi Quvanqcu şəhərində Uyğur Müsəlmanlarının yaşayış mənzillərinə soxularaq iki Müsəlman qadını öldürdü.

  • News Code : 677056
  • Source : ABNA- Xəbər Agentliyi
Brief

Xatırladaq ki, Çin dövləti son aylar Uyğur Müsəlmanlarına qarşı amansız qərarlar çıxararaq Müsəlman xalqı siyasi təzyiqlərlə üzləşdirir. Belə ki, bir neçə həftə öncə Çinin milli bayramı günündə təhlükəsizlik qurumları Müsəlmanların psixologiyasına mənfi təsirlər bağışlaması üçün Türküstan əyalətinin Urumçə şəhərinin mərkəzi meydanında Uyğur ruhanilərini rəqs etməkə məcbur etmişdir. Bununla kifayətlənməyən Çin rejimi ruhanilərə rəqs edə edə “Sülh ölkədə sabitlik rəmzidir” şüarını ucadan deməyi məcbur etmişdir.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Çin komunist dövləti Uyğur Müsəlmanlarına qarşı anti İslam siyasətlərini yürütməkdə davam edir.

Məlumata görə, Çin rejimi radikal dini cəryanla mübarizə adı altında Müsəlman kütlənin yaşayış mənzillərinə icazəsiz daxil olaraq, sivil insanlara qarşı zorakılıq tətbiq edir.

Belə ki, amansız polis alayları Cinin cənub məntəqəsi sayılan Quvanqcu şəhərinin yaxınlığında yerləşən kəndə hücum çəkərək onlarla kənd camatını səbəsiz yerə həbs ediblər. Polis zorakılığına etiraz edənlər isə, Çin rejiminin amansız qərarı ilə yerindəcə güllələnərək uca Şəhidlik məqamına nail olublar. Şəhid olanların iki qadını olduğu bildirilir.

Hələlik Çin dövləti baş verən amansız hadisə ilə bğlı heç bir rəsmi açıqlama verməyib. Lakin yerli mənbələrin bildirdiyinə görə, 100 nəfərdən artıq polis qüvvəsi qeyd olunan kəndə daxil olaraq hələlik məlum olmayan səbəblər ucbatından kənd sakinlərinə qarşı zorakılıq tətbiq ediblər. Amma bəzi hal şahidlərinin bildirdiyinə görə isə, Çin polisinə kənd sakinlərindən bir qrupunun ölkəni tərk edərək digər bir dövlətə pənah aparıb oraya hicrət etməkilə öz dini ayinlərinə istədikləri kimin ibadət etməkləri barəsində məlumat daxil olub, məhz bu səbəbdən də, xüsusi polis alayları xüsusi bir tapşırıq çərçivəsində kəndə basqın ediblər.

Xatırladaq ki, Çin dövləti son aylar Uyğur Müsəlmanlarına qarşı amansız qərarlar çıxararaq Müsəlman xalqı siyasi təzyiqlərlə üzləşdirir. Belə ki, bir neçə həftə öncə Çinin milli bayramı günündə təhlükəsizlik qurumları Müsəlmanların psixologiyasına mənfi təsirlər bağışlaması üçün Türküstan əyalətinin Urumçə şəhərinin mərkəzi meydanında Uyğur ruhanilərini rəqs etməkə məcbur etmişdir. Bununla kifayətlənməyən Çin rejimi ruhanilərə rəqs edə edə “Sülh ölkədə sabitlik rəmzidir” şüarını ucadan deməyi məcbur etmişdir.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib