İslami Startegiya

Avstraliya Məscidləri qapılarını qeyri-Müsəlmanların üzünə də açdı – Foto

Avstraliya Müsəlmanları qeyri-Müsəlmanları Məscidlərə dəvət etməklə İslamafobiya ilə mübarizəyə başladılar.

  • News Code : 647028
  • Source : ABNA- Xəbər Agentliyi
Brief

Avstraliya İslami Təşkilatlardan birinin sədri Samir Dandan: “Biz, bütün Müsəlman və qeyri-Müsəlmanları Məscid, həmçinin bir Müsəlmanın gündəlik həyatında baş verəcək hadisələrlə bağlı öz təcrübələrini bir-biri ilə bölüşməyə dəvət edirik.”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bir müddət öncə Атлантанын әтрафында јашајан јәһуди раввин Шалом Луис һәр кәси бүтүн Мүсәлманлара гаршы ҝеносидə башламаға сәсләdikdən sonra гәрби Австралијанын мәркәзи Перт шәһәриндә ики Мәсҹид вә бир Ислам Мәктәби ејни заманда јәһудиләрин һүҹумуна мәруз галmışdыr. Ҹүһүдләр, Мәсҹидин вә Мәктәбин дахилинә араг бутулкалары атараг диварлара анти-Ислам шүарлар јазmыşлар.

Qeyd olunan anti-İslam çıxışlar və İslamafob siyasətlərə cavab olaraq Avstraliya Müsəlmanları böyük məharətlə ölkədə yaşayan qeyri-Müsəlman cəmiyyətləri Məscidlərə dəvət edərək, İslam prinsiplərindən söz açıb vətəndaşları İslam dini ilə, yaxından tanış etməyə başlayıblar.

Ötən gündən etibarən onlarla Məscid İslam Dini ilə yaxından tanış olmaq istəyən qeyri-Müsəlmanların üzünə açılıb. Avstraliya Müsəlmanları İslamfobiyanın yanlış düşüncələr məhsulu olduğunu bir daha isbatlamaq üçün, belə bir qənaətə gəldiklərini açıqlayıblar.

Avstraliya İslami Təşkilatlardan birinin sədri Samir Dandan bu haqda belə açıqlama verib: “Bu, İslam haqda mənfi düşüncə və baxışları təmizləmək məqsədi ilə atılan ilk addımdır. Eyni zamanda tələsik qəzavət etmək əvəzinə İslamla tanışlığa rəğbətli olmaq üçün mühüm amildir.”

O, daha sonra bildirib: “Biz, bütün Müsəlman və qeyri-Müsəlmanları Məscid, həmçinin bir Müsəlmanın gündəlik həyatında baş verəcək hadisələrlə bağlı öz təcrübələrini bir-biri ilə bölüşməyə dəvət edirik.”

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib