Anti-İslam Siyasətlərin Davamında

Avstraliya dövlət kabinetinin yeganə Müsəlman üzvünə qarşı təziyqlər... + Foto

  • News Code : 437695
  • Source : ABNA- Xəbər Agentliyi
Brief

Ed Husey cənabları isə, təmkinlə bütün baş verən olaylara cavab verərək bildirib: “Zehnin zülmətli güşəsindən çıxan absurd sözlərə qarşı düşünülmədən sürətlə cavab vermək doğru deyl...”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən bir neçə gün bundan öncə, Avstraliyada ilk Müsəlman siyasətçisi olan, 43 yaşlı Bosniyaəsilli“Ed Husey” cənabları, Avstraliya Rabitə və Kiberməkanda Rəqəmsal İqtisadiyyat Nazirliyinin Müavin postuna qalxa bilib.

Yeni təyin olmuş Nazir Müavini, tutduğu postunda sadiq olacağına dair, rəsmən Qurani Kərimə and içib. Bu səmimiyyətin ardınca, Avstraliyadakı anti-İslam qüvvələr “Ed Husey” cənablarına təziyqlər göstərərək, onu Avstraliyada “Şəriət Qanunları”nı icra etməkdə suçlayıblar. Həmçinin bəzi facebook istifadəçiləri, onun şəxsi səhifəsinə girərək, nalayiq sözlərlə Husey cənablarını təhqir ediblər. Hətta bəziləri, onu Avstraliya konstitusiyası əleyhinə iş apardığını iddia edərək, tutduğu postdan ixrac edilməsini tələb edib...

Ed Husey cənabları isə, təmkinlə bütün baş verən olaylara cavab verərək bildirib: “Zehnin zülmətli güşəsindən çıxan absurd sözlərə qarşı düşünülmədən sürətlə cavab vermək doğru deyl...”

 

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib