İİR-sı Misirə zəvvar göndərir

Xanım Zeynəbin (səlamullah əlaeyha) ziyarəti

  • News Code : 288956
  • Source : ABNA- Xəbər Agentliyi
Bəzi böyük din alimlərinin nzərində, həzərəti Xanım Zeynəbin (səlamullah əleyha) mübarək mərqədi məhz Misirin paytaxdı Qahirə şəhərindədi. Suriyanın Dəməşq şəhərində yerləşən mərqəd isə Əhli Beyt (əleyhimus salam) xanımlarının birinə mənsubdur.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İran İslam Respublikasının Xorasane Rəzəvi vilayətinin Həcc və Ziyarət idarəsinin müdiri Məsud Mücərrədi Misirdə yerləşən ziyarətgahlar ilə bağlı açıqlama verib.

O, biildirib ki, hal hazırda Həcc və Ziyarət idarəsi Səudi Ərəbistanına, Suriyaya və İraqa zəvvar göndərir. Yaxın gələcəkdə də biz Misir ölkəsində yerləşən müqəddəs məkanlara da ziyarətçilərimizi göndərəcəyik.

Məsud Mücərrədi dediklərinə əlavə edərək bildirib: “Bildiyimiz kimi Xanım Zeynəbin (səlamullahi əleyha) müqəddəs məqədi barədə tarixdə və dini ədəbiyyatımızda fikir ayrılığı mövcüddür. Bəzi mənbələr Xanımın müqəddəs mərqədini Suriyyada, digər mötəbər mənbələr isə Misirdə oduğunu bildirir. Lakin bilirik ki, Xanım Zeynəbin (səlamullahi əleyha) müqəddəs mərqədinin Misirdə olma ehtimalı dahada güclüdür. Elə bu səbəbə görədə biz yaxın gələcəkdə İran İslam Respublikasının vətəndaşlarını Misirə Xanım Zeynəbin (əleyha salam) ziyarətinə göndərmək əzmindəyik.

Xatırladaq  ki, bəzi böyük din alimlərinin nzərində, həzərəti Xanım Zeynəbin (səlamullah əleyha) mübarək mərqədi məhz Misirin paytaxdı Qahirə şəhərindədi. Suriyanın Dəməşq şəhərində yerləşən mərqəd isə Əhli Beyt (əleyhimus salam) xanımlarının birinə mənsubdur.

Qeyd etmək istərdik ki, Misirdə Xanım Zeynəbin (əleyha salam) ziyarətgahı ilə yanaşı “Rəsul Huseyn” (Səlamullahi əleyh) və “Həzrəti Nəfisə”nin (əleyha salam) və.s. müqəddəs məkanlar da mövcuddur.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!