Elm və Texnologiya

Talış Oktay Türkobalı “Totaz” avtomobilini hazırlayır – Foto

  • News Code : 741741
  • Source : Azərbaycan KİV-i
Brief

Oktay usta altı aydır ki, dayanmadan işləyir. “TOTAZ” “VAZ-2108”, “Mercedes”, “BMW” və digər xarici istehsal olan avtomobillərin hissələrindən ərsəyə gətirilir. İki qapılı, idman üslubunda nəzərdə tutulan model hətta üstüaçıq olacaq. Qapılar isə adi formada deyil, yuxarı-aşağı və horizantal şəkildə hərəkət etdirilməklə avtomatik açılıb bağlanacaq

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, bu avtomobilin belə görünməyinə fikir verməyin. Gələcəyin “TOTAZ”-ı ilə tanış olun. Açması belədir. Talış, Oktay, Türkobalı, AZ isə Azərbaycan mənasını verir. İxtiraçı Masallının Türkoba  kəndində yaşayır.

Məlumata görə, uşaqlıqdan maşın həvəskarı olan Oktay  usta yeni avtomobil üzərində işləyir. “TOTAZ”  hələ tam hazır deyil. Təxminən 3-4 ay sonra avtomobilin hazır vəziyyətini görmək mümkün olacaq.  Oktay Rzayev deyir ki, III sinifdən bu işlə məşğul olur: “Atam da usta olub. Sözün düzü, həmişə qeyri-adi maşınlarım olub. Fikirləşmişəm ki, elə bir maşın olsun ki, ancaq məndə olsun, mən sürüm onu. Hər tərəfini Azərbaycan bayrağı ilə rəngləyəcəm. Ay-ulduzu da qapısına asacam”.

Oktay usta altı aydır ki, dayanmadan işləyir. “TOTAZ” “VAZ-2108”, “Mercedes”, “BMW”  və digər xarici istehsal olan avtomobillərin hissələrindən ərsəyə gətirilir. İki qapılı, idman üslubunda nəzərdə tutulan model  hətta üstüaçıq olacaq. Qapılar isə adi formada deyil, yuxarı-aşağı və horizantal şəkildə hərəkət etdirilməklə avtomatik açılıb bağlanacaq

Usta deyir ki, modelin mühərrikində  aparılan dəyişiklik nəticəsində gücü 200-220 at gücünə çatacaq. Yanacaq sərfiyyatı isə 100 kilmetrə 9 litr nəzərdə tutulub. Həvəskar avtomobil konstruktorunun bildirdiyinə görə,  bugünə qədər xərclərini hesablamasa da işini tamamlamaq üçün əlavə 5-6 min manat vəsait sərf edəcək.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib