Elm və Texnologiya

İnternetə alternativ yaradılır

İddia: internet kabelİstifadəçini izləmək mümkün olmayacaq.

  • News Code : 718355
  • Source : Xarici KİV-lər
Brief

İnternetə daxil olan qurğulara unikal ünvanlar (IP) verilməyəcək, beləliklə, istifadəçini izləmək heç cür mümkün deyil.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, müəllif hüququ haqda qanunvericiliyi pozduğuna görə ABŞ hakimiyyətinin təqib etdiyi «MegaUpload.com» xidmətinin yaradıcısı Kim Dotkom «SydStart» konfransında məxfi və təhlükəsiz «MegaNet» haqda yeni təfərrüatlar açıqlayıb.

Onun sözlərinə görə, bu şəbəkə internetə alternativ olacaq. Mühəndislər artıq bir neçə ildir ki, onun yaradılması üzərində çalışır.

«Mashable» yazır ki, «SydStart» startaplar konfransında Kim Dotkom qısa videoçıxışında bildirib ki, yeni qlobal şəbəkənin əsasını «blockchain» alqoritmi təşkil edir. Həmçinin internetə daxil olan qurğulara unikal ünvanlar (IP) verilməyəcək, beləliklə, istifadəçini izləmək heç cür mümkün deyil.

Bundan başqa, hətta superkompüterlərin köməyi ilə müdaxiləni qeyri-mümkün etmək üçün yeni şəbəkədə çox uzun kripto açarlar tətbiq ediləcək.

 

Diqqət: Xəbərdənistifadəetdikdəmənbəyəistinadlazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Asura mystery of creation
Mourining of Imam Hossein
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1440 / 2019
We are All Zakzaky
conference-abu-talib