Cühüd İnsanpərvərliyi

The Guardian: Avstraliyanın qaçqın mərkəzində Müsəlman qadın və uşaqlar cinsi istismara məruz qalır

  • News Code : 771114
  • Source : Eastnews The Guardian-a istinadla
Brief

Nauru nəzarət mərkəzində təxminən üç ildir saxlanılan digər Müsəlman qaçqın Ümid Məsuməli Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Ali Komissarlığı vəzifəlilərin gözü qarşısında özünü yandıraraq intihar etmişdi. Məsuməlinin intiharından beş gün sonra da düşərgədə qalan somalili bir qadın özünü yandıraraq ağır yanıq xəsarətləri almışdı. Baş verən hadisələr diqqətləri bir daha nəzarət mərkəzlərinə yönəltmişdi.

Əhli Beyt - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Avstraliyanın Sakit okeandakı mübahisəli Nauru nəzarət mərkəzi ilə bağlı sızdırılan 2 mindən çox hesabat mərkəzdə qadın və uşaqların cinsi təcavüzə məruz qaldığını ortaya çıxarıb.

2013 may - 2015 oktyabr tarixlərində işçilər tərəfindən tutulan iki mindən çox hesabat Nauru adasındakı mərkəzdə yaşayan qaçqın Müsəlman qadın və uşaqların cinsi istismara məruz qaldığını, həmçinin onların travma keçirdiyini göstərir.

Hesabatlarda qaçqın qızlara məktəblərdə digər tələbələr tərəfindən təcavüz edildiyi, siqaret və marixuana qarşılığında cinsi əlaqəyə məcbur edildiyi, təcavüzə məruz qalanların özlərinə zərər verməyə çalışdığı qeyd olunub.

Hesabatda qaçqınların keçirdiyi travmalar arasında bir uşağın əlinə iynəli ürək şəkli çəkilməsi, qaçqın bir qadının Avstraliyada yaşayan həyat yoldaşının adını sinəsinə bıçaqla qaşıması kimi nümunələr də göstərilib. Avstraliya hökuməti hesabatlardakı ittihamların hələ təsdiq edilmədiyini, mərkəzdə baş verdiyi iddia edilən hadisələrin araşdırılmaq üçün Nauru polisinə bildirildiyini qeyd edib.

Digər tərəfdən, avstraliyalı səlahiyyətli Rişard Marles, mərkəzdə şəffaflıq olmamasını və müstəqil nəzarət etməməsini tənqid edib. Bu arada Avstraliya Miqrasiya Nazirliyinin nümayəndəsi Nauru rəhbərliyinin nəzarətini təhvil alacağı mərkəzdəki qaçqınların sağlamlıq, rifah və təhlükəsizliyinin təmin olunmasına dəstək olmağa davam etdiklərini açıqlayıb.

Nauru nəzarət mərkəzində təxminən üç ildir saxlanılan digər Müsəlman qaçqın Ümid Məsuməli Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar Üzrə Ali Komissarlığı vəzifəlilərin gözü qarşısında özünü yandıraraq intihar etmişdi. Məsuməlinin intiharından beş gün sonra da düşərgədə qalan somalili bir qadın özünü yandıraraq ağır yanıq xəsarətləri almışdı. Baş verən hadisələr diqqətləri bir daha nəzarət mərkəzlərinə yönəltmişdi.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!