Qərb Xəbərləri

İfratçı yəhudi qadın Oslo Məscidini yandırmağa cəhd edib

  • News Code : 755517
  • Source : ABNA- Xəbər Agentliyi “Thelocal”-a istinadla
Brief

Hadisə baş verən zaman Məscidin yuxarı təbəqəsində ibadətlə məşğul olan 15 inanclı yanğını söndürə biliblər. Cinayətkar qadın barəsində isə, heç bir məlumat verilməyib.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Norveçdə Məsciddə yanğının qarşısı alınıb.

Çərşənbə axşamı anti-İslam meyilli qadın Beynəlxalq İslam Missiyasının Oslodakı Məscidinə gedərək, Məscidin tualetindən istifadə etmək istəyib. Müəssisəyə nəzarət etmək üçün quraşdırılmış video kameralar qadının tualetdən götürdüyü kağız dəstmalı alışdıraraq Məscidin binasını yandırmağa başladığını göstərib.

Hadisə baş verən zaman Məscidin yuxarı təbəqəsində ibadətlə məşğul olan 15 inanclı yanğını söndürə biliblər. Cinayətkar qadın barəsində isə, heç bir məlumat verilməyib.

Məscidin rəhbərliyi məsələyə aydınlıq gətirərək bildirib: “Beynəlxalq İslam Missiyası bu günə kimi müəssisəyə baxış keçirib, burada ibadət ilə məşğul olmaq istəyən hər bir kəsin üzünə açıq olub xüsusi ilə məktəbli qruplar üçün bu məkana baxış keçirtmək həmişə xoş olmuşdur və bundan sonra da belə olacaqdır . Lakin baş vermiş hadisədən sonra təhüləkizlik tədbirlərini artırılacağını nəzərə almışıq.”

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib
Əsrin Müqaviləsinə Yox Deyirik!