Öncədən Uşaqlarınızı Aludəçilikdən Qoruyun

World of Warcraft yeniyetməni qatilə çevirdi

World of Warcraft oynuna aludə olmuş yeniyetmə valideynlərini ölümcül bıçaqladı.

  • News Code : 713766
  • Source : Oxu “Lenta”-ya istinadən
Brief

P.S: Valideynlərdən xahiş olunur ki, övladları kopyuter xəstəliyinə düçar olmamışdan öncə onları bu aludııçilikdən qorusunlar.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Çelyabinsk vilayətinin Miass şəhərində bıçaq ilə atasını yaralayan və anasını öldürən 15 yaşlı yeniyetməyə qarşı cinayət işi açılıb.

Bu barədə məlumat Rusiyanın İstintaq Komitəsinin vilayət idarəsinin saytında yerləşdirilib.

“Həbs-qətimkan tədbiri seçilməsi və ittihamın irəli sürülməsi məsələsinə baxılır”, - press-relizdə bildirilib.

Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci bəndi üzrə (Qətl) cinayət işi açılıb.

İstintaq komitəsinin məlumatına əsasən, cinayətə səbəb ailə-məişət zəminində yaranmış mübahisə olub.

LifeNews telekanalının məlumatına əsasən, yeniyetmə məktəbdə dərslərindən iki alıb. Bunun üçün valideynləri ona onlayn-oyun World of Warcraft oynamağı qadağan ediblər.

Həmişə mülayim davranışı və yaxşı qiymətləri ilə fərqlənən oğlan bundan qəzəblənərək bıçağı götürüb bir neçə dəfə anasına və atasına bıçaq zərbələri vurub.

Törətdiyi əməldən sonra o, gölün sahilinə gedib, onun orada intihar etmək istədiyi ehtimal edilir. Polislər geyimi qan içində olan oğlanı göl qırağında saxlayıblar.  

P.S: Valideynlərdən xahiş olunur ki, övladları kopyuter xəstəliyinə düçar olmamışdan öncə onları bu aludııçilikdən qorusunlar.



Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Arba'een
Mourining of Imam Hossein
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1440 / 2019
We are All Zakzaky
conference-abu-talib