Hizbu Şeytan

Siçavullar Bakıya gəlir: “Azərbaycan Böyük Mason Lojasının” toplantısı başlanır – Foto

Bu barədə Rusiya Mason Lojasının rəhbəri Andrey Boqdanov məlumat yayıb.

  • News Code : 697345
  • Source : Strateq
Brief

Qeyd edək ki, şeytan partiyası olan mason lojasının üzvləri sonuncu dəfə 2 il əvvəl Bakıda toplantı keçirib. Bu Ali Lojanın ali rütbəli zabitlərinin Ali Ustad rütbəsinə qəbul olunması ilə bağlı andiçmə mərasimi olub. Toplanıtda Azərbaycan masson lojasından yeni Ali Ustadı Araz Kanzas and içib. Yeni ustadın andiçmə mərasimindən sonra qonaqlar “Şirvanşah” restoranına toplaşaraq, Azərbaycanın milli musiqisini dinləyiblər.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, şeytan partiyası ilə məşhur olan “Azərbaycan Böyük Mason Lojası Assambleyasının” toplantısının Bakıda planlaşdırıldığı bildirilir.

Bu barədə Rusiya Mason Lojasının rəhbəri Andrey Boqdanov məlumat yayıb.

“Sabah Böyük Azərbaycan Lojası Assambleyasında iştirak etmək üçün Bakıya uçuram”-deyə o sosial şəbəkədəki səhifəsində yazıb. Boqdanovla birgə Bakıya Azərbaycan Mason Lojasının rəhbəri Bağır Heyət, Araz Kazaz da gəlir.

Qeyd edək ki, şeytan partiyası olan mason lojasının üzvləri sonuncu dəfə 2 il əvvəl Bakıda toplantı keçirib. Bu Ali Lojanın ali rütbəli zabitlərinin Ali Ustad rütbəsinə qəbul olunması ilə bağlı andiçmə mərasimi olub. Toplanıtda Azərbaycan masson lojasından yeni Ali Ustadı Araz Kanzas and içib. Yeni ustadın andiçmə mərasimindən sonra qonaqlar “Şirvanşah” restoranına toplaşaraq, Azərbaycanın milli musiqisini dinləyiblər.

“Azərbaycan Milli Böyük Lojası” necə qurulub?

Bakıda şeytan partiyası olan mason hərəkatının “Azərbaycan Milli Böyük Lojası” fəaliyyət göstərir. Tam qapalı fəaliyyət göstərən bu lojanın fəaliyyəti haqqında çox məhdud məlumatlar var. Bu loja barədə mason qurumunun yaydığı məlumatda qeyd olunur ki, 2000-ci ildə Vaşinqtonda türkdillilərin "Nur-2000" lojası qurulanda, Azərbaycanda da Azad Masonluğu qurub inkişaf etdirmək qərarı qəbul olunub.

“Azərbaycan keçmiş Sovet İttifaqının bir hissəsi idi və Sovet İttifaqının dağılması ilə müstəqillik əldə etmişdi. Azərbaycan Qafqaz dağlarında yerləşən türkdilli Avropa ölkəsidir. Azərbaycanda Azad Masonluğun qurulması layihəsi Vashinqtonda qəbul olunmuş "Azerbaijan Lodge No.2001"in yaradılması ilə başladı. Bir il sonra Vashinqton D.C. Böyük Lojası layihəyə qatılmaq üçün Moskva Böyük Lojasını dəvət etdi. 2002-ci ildə onlar Moskvada "Drujba No.24" lojasını yaratdılar. 2003-cü ildə sıx dostluq əlaqələrinin nəticəsi olaraq, Vashington D.C. Böyük Lojası Türkiyənin "Nur Lodge 2000" Böyük Lojası ilə birlikdə Ankarada Demir Savaşçı tərəfindən icarəyə alınan "Xəzər Lojası No.1000" layihəsini yaratdılar”-deyə “Azərbaycan Milli Böyük Lojası” nın rəsmi açıqlamasında vurğulanıb.

Qurumun yaradılmasında Rusiya Böyük Lojasının köməyi olub

2001-2008-ci illər aralığında Azərbaycan Milli Böyük Lojasının yaradılmasına hazırlıq məqsədilər bir çox qonaqlar Bakıya səfər edib. Bu müzakirələrdən sonra 2008-ci ildə lojanın yaradılmasına qərar verilib. Bunun ardından Vashinqton D.C. Böyük Lojası region olaraq Bakıda fəaliyyət göstərəcək "Baku Lodge No.2008"i yaradaraq Böyük Lojanın yaradılması istiqamətində hazırlıq işlərinə başlayıb. Xüsusi qeyd etmək lazımdır ki, bu qurumun yaradılması prosesində Rusiya Böyük Lojasının köməyi olub və çətin layihənin bütün səylərini dəstəkləyib.

5 dekabr 2008-ci ildə Böyük Ustadların və Böyük katiblərin görüşündə Vashington D.C. Böyük Lojası, Rusiya Böyük Lojası, Türkiyə Böyük Lojası və layihənin təsisçisi Robert Bağır Heyyət arasında Parisdə toplantı keçirilib. Nəticədə Fransa Böyük Lojasının illik əlaqələri ilə yeni Azərbaycan Milli Böyük Lojasının xüsusi məqsədləri qəbul edilib.

Toplantının sonunda protokol imzalanıb və növbəti həftə 9 dekabrda Bakıda təsis üçün razılıq əldə edilib. 9 dekabr 2008-ci ildə Azərbaycan Milli Böyük Lojasının təşkilati toplantısı çağırlaraq Vashington D.C. Böyük Lojası və Rusiya Böyük Lojası tərəfindən Robert Bağır Heyyət ilk Hörmətli Böyük Ustad elan olunub. Həmin iclasda Robert Bağır Heyyət öz Böyük Loja işçilərini elan edib. Növbəti gün dekabrın 10-da Azərbaycan Milli Böyük Lojasında ikinci toplantı keçirilib və təsis lojası, möhtərəm ustadlar və işçilərin qəbul etdiyi yeni nizamnanə Böyük Ustad tərəfindən elan edilib.

Hazırda Azərbaycanda üç aktiv loja fəaliyyət göstərir: Azerbaijan Lodge No.1, Drujba Lodge No.3, Baku Lodge No.4 (Xəzər Lojası No.2 Ankaradakı Türkiyə Böyük Lojasının nəzarəti altında fəaliyyət göstərir). Azərbaycan Milli Böyük Lojasının 102 üzvü var.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır


Əlaqədar Mövzular

Nəzərlərinizi göndərin

Sizin e-mail adresiniz göstərilməyəcək. Tələb olunanlar bu “*” əlamətlə işarələnib

*

Mourining of Imam Hossein
Asura mystery of creation
پیام رهبر انقلاب به مسلمانان جهان به مناسبت حج 1441 / 2020
We are All Zakzaky
conference-abu-talib